Qasımova Bəhruzə Fazil qızı

1991-ci il iyunun 18-də Zəngilan rayonunda anadan olmuşdur.

1998-2009-cu illərdə Bakı şəhəri 99 nömrəli orta ümumtəhsil məktəbində təhsil almışdır.

2013-cü ildə Bakı Biznes Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsini  bitirmişdir.

2014-cü il aprelin 14-də Azərbaycan Respublikası Auditorlar Palatasının Keyfiyyətə nəzarət və hüquqi təminat idarəsinin Hüquqi təminat şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə qəbul edilmişdir.

2017-ci il yanvarın 7-də Auditin hüquqi təminatı və dövlət orqanları ilə iş idarəsinin baş mütəxəssisi vəzifəsinə təyin olunmuşdur.

2017-ci il fevralın 2-də Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdur.

2023-cü il dekabrın 28-dən hazıradək Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Etika, mübahisələr, ictimai nəzarətlə əməkdaşlıq və intizam Komissiyasının sədr müavinidir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

2023-cü ildə Auditorlar Palatası tərəfindən “Fəxri Fərman”la təltif edilmişdir.

 

 

 

 

 

 

 

 

 

Qalareya