AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
2017-10-19
2017-ci il 19 oktyabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının növbəti Şura iclası keçirilmişdir. Şura üzvlərinin və Palata Şurası yanında
Komitə sədrlərinin iştirak etdiyi Şura iclasında aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:
1. “Azərbaycan Respublikasının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq” mövzusunda 2017-ci il 21-23 sentyabr tarixlərində keçirilmiş beynəlxalq elmi-praktik konfransın nəticələri barədə
2. Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən 2017-ci ilin I yarımilliyi üzrə təqdim edilmiş hesabatların təhlili və tövsiyələrin hazırlanması
3. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikası Auditorlar Palatası haqqında Əsasnaməyə dəyişiklik edilməsi barədə Fərman layihəsi və Auditorlar Palatasının əməkdaşlarının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar layihəsi barədə
4. 2017-ci il üzrə iş planının 1.19-cu “Auditin təşkilinə dair xarici təcrübənin öyrənilməsi və tətbiqi” bəndinin icrası ilə əlaqədar hazırlanmış hesabat barədə
5. Auditorlar Palatasında mətbuat xidmətinin yaradılması və “İqtisadiyyat və audit” onlayn
6. Auditorlar Palatasına “Fəxri üzv” qəbul edilməsi barədə
7. Auditorlara müştəri və benefisiar mülkiyyətçilərin eyniləşdirilməsi, verifikasiyasına dair metodik vəsait barədə