2024-cü ilin 25 aprel tarixində saat 10:00-da seminar keçiriləcəkdir.

Azərbaycan Respublikası Auditorlar Palatasının

üzvləri olan auditor təşkilatlarının rəhbərlərinin və

sərbəst auditorların nəzərinə!

 

Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2023-cü il 28 dekabr tarixli 362/1 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Auditorlar Palatasının 2024-cü il üzrə İş Planı”nın 9.2.15-ci “Korporativ saxtakarlığı və dələduzluğu aşkar etmək bacarığının gücləndirilməsi mövzusunda seminarın keçirilməsi” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – Sərbəst auditor Altay Cəfərov), 9.2.16-cı “Müştəri   uyğunluğu   və yeni texnologiyaların   tətbiqi   zamanı   verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə   və müştəri profilinin  risk   qruplarına   aid   edilməsinə   dair   Qaydalar barədə seminarın keçirilməsi” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov) və 9.2.17-ci “Bələdiyyələrin auditi zamanı innovativ təhlil metodlarının tətbiqi barədə seminarın keçirilməsi” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov) bəndlərində  nəzərdə tutulmuş mövzular üzrə 2024-cü ilin 25 aprel tarixində saat 1000-da seminar keçiriləcəkdir.

Sizdən xahiş edirik ki, həmin seminarda fəal iştirak edəsiniz.

Tədbirə aşağıdakı linklə qoşula bilərsiniz:

https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09