Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2023-cü il 28 dekabr tarixli 362/1 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Auditorlar Palatasının 2024-cü il üzrə İş Planı”nın 9.2.17-ci “Bələdiyyələrin auditi zamanı innovativ təhlil metodlarının tətbiqi barədə seminarın keçirilməsi” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov), 9.2.18-ci “Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçilər – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov) bəndlərində və Auditorlar Palatasının IFAC qarşısında öhdəlik tələblərinə əsasən “Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi-də (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) edilən dəyişikliklərlə bağlı ictimai əhəmiyyətli qurumların auditinə tətbiq edilən qadağaların xülasəsi” barədə (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov) nəzərdə tutulmuş mövzular üzrə 2024-cü ilin 22 may tarixində saat 1000-da seminar keçiriləcəkdir.
Tədbirə aşağıdakı linklə qoşula bilərsiniz:
https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09