Azərbaycan Respublikasının Auditorlar Palatasında 2017-ci il 05 oktyabr tarixində “Audit sahəsində müsabiqə qaydaları və auditor seçimi üzrə metodik göstəriş”ə dair seminar keçirilmişdir.

2017-10-05

Seminarı giriş sözü ilə Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov açmış və müzakirə olunan məsələyə dair seminar iştirakçılarına qısa məlumat vermişdir. Daha sonra “Audit sahəsində müsabiqə qaydaları və auditor seçimi üzrə metodik göstəriş”in hazırlanması və təqdim edilməsi ilə əlaqədar Auditorlar Palatasının Auditin hüquqi təminatı və standartlaşdırma idarəsinin rəisi Maarif Abbasov və Auditorlar Palatasının Auditin hüquqi təminatı və standartlaşdırma idarəsinin baş mütəxəssisi Vüqar Əlimirzəyev geniş məruzə ilə çıxış etmişlər.  

Çıxışdan sonra məsələ üzrə auditorlarla peşəkar müzakirələr aparılmış və verilmiş suallar cavablandırılmışdır.