Azərbaycan Respublikası Auditorlar Palatasının əməkdaşlarının və Palatanın üzvləri olan auditor təşkilatlarının rəhbərlərinin və sərbəst auditorların nəzərinə!

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə, habelə digər aidiyyatı qurumlara ünvanladığı 2024-cü il 24 may tarixli 2-5/2-13460/2024 nömrəli müraciət məktubuna əsasən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamı ilə 18 iyun tarixinin ölkəmizdə “İnsan Hüquqları Günü” kimi  təsis olunması və 18 may-18 iyun tarixlərinin “İnsan Hüquqları Aylığı”nın elan edilməsi ilə əlaqədar, Auditorlar Palatası tərəfindən 2024-cü ilin 11 iyun tarixində saat 1000-da “18 iyun – İnsan Hüquqları Günü”nə həsr edilmiş onlayn tədbir keçiriləcəkdir.

Sizdən xahiş edirik ki, həmin tədbirdə fəal iştirak edəsiniz.

Tədbirə aşağıdakı linklə qoşula bilərsiniz:

https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09

 

 

Azərbaycan Respublikasının Auditorlar Palatası