Beynəlxalq Təlim və Layihə Mərkəzində sertifikatların təqdimetmə mərasimi keçirilmişdir

Beynəlxalq Təlim və Layihə Mərkəzində sertifikatların təqdimetmə mərasimi keçirilmişdir

2017-09-09

2017-ci il 9 sentyabr tarixində Azərbaycan Respublikasının Auditorlar Palatası və “Beynəlxalq Təlim və Layihə Mərkəzi” MMC-nin birgə təşkilatçılığı ilə “Peşəkar Mühasib və Vergi Mütəxəssisi Hazırlama” təlimi iştirakçılarına sertifikatların təqdimetmə mərasimi keçirilmişdir.

Mərasimdə giriş sözü söyləyən Azərbaycan Respublikası Auditorlar Palatasının Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinin rəisi Səbuhi Gülməmmədov ilk öncə təlim iştirakçılarını salamladı və imtahanları uğurla başa vurduqlarına görə onları təbrik etdi. Sonra o, hal-hazırda ölkədə hesabatlığın təkmilləşdirilməsi, maliyyə intizamının gücləndirilməsi və şəffaflığın artırılması istiqamətində aparılan islahatlarda beynəlxalq təcrübəyə və biliklərə malik kadrların hazırlanması işinin zəruriliyini xüsusi vurğulayaraq iştirakçıların diqqətinə bir daha Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Beynəlxalq Təlim və Layihə Mərkəzi MMC arasında 2017-ci il    11 aprel tarixində imzalanmış Əməkdaşlıq Sazişinin məqsədini açıqlayaraq qeyd etdi ki, Beynəlxalq Mühasibat Standartlarının tədrisi ilə əlaqədar olaraq hər iki qurumun birgə fəaliyyəti ilə ölkə iqtisadiyyatının daha da yüksək sürətlə inkişaf etdirilməsi məqsədi ilə BMHS üzrə mütəxəssis hazırlığına birgə töhvə verməkdir. 

Tədbirdə “Beynəlxalq Təlim və Layihə Mərkəzi MMC-nin icraçı direktoru Tariyel Dövlətov çıxış edərək iştirkaçıları təbrik etdi və bildirdi ki, Mərkəzimizdə mütəmadi olaraq, Azərbaycan Respublikası Auditorlar Palatası ilə birgə maliyyə, mühasibatlıq və vergi sahəsi üzrə kadrların hazırlanması həyata keçirilir. T.Dövlətov belə bir kursların təşkili üçün daim dəstəklərini əsirgəməyən Auditorlar Palatasına və şəxsən professor Vahid Novruzova öz dərin təşəkkürünü bildirdi.

Sonda təlimi müvəffəqiyyətlə başa çatdırmış iştirakçılara sertifikatlar təqdim edildi və xatirə fotosu çəkilmişdir.