Azərbaycan Respublikası Auditorlar Palatasının sədri professor Vahid Novruzov Belarus Respublikasının Minsk şəhərində Belarus Respublikası Maliyyə Nazirliyinin rəhbər işçilərinin və mütəxəssislərinin ixtisasartırma mərkəzinin direktoru Konstantin Velickovic ilə işgüzar görüş keçirmişdir.
2017-07-31
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri professor Vahid Novruzov 2017-ci il iyun ayının 26-da Belarus Respublikasının Minsk şəhərində Belarus Respublikası Maliyyə Nazirliyinin rəhbər işçilərinin və mütəxəssislərinin ixtisasartırma mərkəzinin direktoru Konstantin Velickovic ilə işgüzar görüş keçirmişdir. Görüş Auditorlar Palatası ilə Belarus Respublikası Maliyyə Nazirliyinin rəhbər işçilərinin və mütəxəssislərinin ixtisasartırma mərkəzi arasında 2013-cü il 4 fevral tarixində imzalanmış Sazişdə nəzərdə tutulmuş tədbirlərin icrası məsələlərinə həsr olunmuşdur. Mərkəzin direktoru Konstantin Velickovic tərəfindən təşkil edilmiş səmimi görüşdə iki qurum arasında gələcəkdə daha sıx əməkdaşlığın vacibliyi vurğulanmış və konkret vəzifələr müəyyənləşdirilmişdir.