Auditorlar Palatasında “600 saylı (düzəliş edilmiş) “Xüsusi mülahizələr - qrup maliyyə hesabatlarının auditi (o  cümlədən  bölmə auditorlarının işi)” Beynəlxalq Audit Standartının tətbiqi  mövzusunda seminar keçirilmişdir. 31.07.2024

2024-cü ilin 31 iyul tarixində Auditorlar Palatasında  “600 saylı (düzəliş edilmiş) “Xüsusi mülahizələr - qrup maliyyə hesabatlarının auditi (o  cümlədən  bölmə auditorlarının işi)” BAS-ın tətbiqi (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi - Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov)  mövzusunda seminar keçirildi.

Moderator  Qəşəm Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının əməkdaşlarını, üzvlərini salamlayaraq “600 saylı  (düzəliş edilmiş) “Xüsusi mülahizələr – qrup maliyyə hesabatlarının auditi (o  cümlədən  bölmə auditorlarının işi)” BAS-ın tətbiqi mövzusunda seminarı başladaraq bildirdi ki, bu Beynəlxalq audit standartı (BAS) şirkətlər  qrupunun  auditinə tətbiq olunur.  Bu BAS-da  qrup  auditlərinə, xüsusilə  bölmə  auditorlarının işinə dair xüsusi aspektlərdən bəhs edilir.

Qrup  maliyyə  hesabatları  olmayan  maliyyə  hesabatlarının  auditinə  digər  auditorlar cəlb edildikdə, tapşırığın şərtlərindən nəzərə alınmaqla  uyğunlaşdırılmış bu BAS faydalı ola bilər. 

Bölmə auditorundan qanuna,  qaydalara  və ya digər əsaslara görə bölmənin maliyyə hesabatlarına dair auditor rəyi bildirmək tələb oluna bilər.  Qrupun tapşırıq heyəti bölmənin maliyyə hesabatları üzrə auditor rəyinin  əsaslandığı audit sübutlarından qrup auditinin məqsədləri üçün audit  sübutları qismində istifadə etmək barədə qərar qəbul edə bilər, lakin belə  halda bu BAS-ın tələbləri qüvvədə olacaqdır. 

220 saylı BAS-ın tələblərinə uyğun olaraq, qrupun tapşırıq üzrə tərəfdaşı əmin olmalıdır ki, qrupun audit tapşırığını yerinə yetirən şəxslər, o cümlədən bölmənin bütün  auditorları  lazımi səriştə  və  vərdişlərə  malikdirlər.  Qrupun tapşırıq üzrə tərəfdaşı, həmçinin, qrup audit  tapşırığına  rəhbərlik, onun icrasına nəzarət  və yerinə yetirilməsinin  keyfiyyəti üçün məsuliyyət daşıyır.

Qrupun tapşırıq  üzrə  tərəfdaşı  bölmənin  maliyyə məlumatlarının auditini qrupun tapşırıq heyətinin və ya bölmə auditorunun aparmasından  asılı olmayaraq, 220 saylı BASın tələblərinə riayət olunmasını təmin etməlidir. 

Bölmənin maliyyə məlumatlarının auditini bölmə auditorları apardıqda  220 saylı BAS-ın tələblərinə riayət etmək üçün bu BAS qrupun tapşırıq üzrə tərəfdaşına kömək etməlidir.

Bu  BAS  15  dekabr  2024-cü il  tarixindən  tez  olmayaraq  başlanan dövrlər  üzrə qrup maliyyə hesabatlarının auditi üçün etibarlıdır.

Auditorun məqsədləri aşağıdakılardır:

  1. Qrup maliyyə hesabatları üzrə auditor kimi fəaliyyət göstərib-göstərməməsini müəyyənləşdirmək; habelə
  2. Qrup maliyyə hesabatları üzrə auditor kimi fəaliyyət

 

BAS

           göstərdiyi halda:

 

  1. Bölmələrin maliyyə məlumatlarının auditi və əldə

           edilmiş məlumatların işlənməsi üzrə işin həcmi və

           müddəti barədə bölmə auditorlarının diqqətinə dəqiq

           məlumat çatdırmaq; habelə

  1. Qrup maliyyə hesabatlarının bütün əhəmiyyətli as-

           pektlər baxımından maliyyə hesabatlarının tətbiq

           olunan çərçivələrinə uyğunluğu haqqında  rəy

           bildirmək üçün bölmələrin maliyyə məlumatlarına

           və konsolidasiya prosesinə aid yetərli münasib audit

           sübutları əldə etmək.

Qrupun tapşırıq üzrə tərəfdaşı qrup audit tapşırığına rəhbərlik, onun  aparılmasına nəzarət və peşəkar standartlara və tətbiq edilən qanun və  qaydalara uyğun yerinə yetirilməsinin keyfiyyəti üçün məsuliyyət daşıyır.

Qrupun  tapşırıq  üzrə  tərəfdaşı  210  saylı  BAS-a  uyğun olaraq, qrup audit tapşırığının  şərtlərini razılaşdırmalıdır. 

Qrupun  tapşırıq  heyəti  300  saylı BAS-a uyğun olaraq,  ümumi audit strategiyasını  işləyib  hazırlamalı  və  qrup  auditinin  planını tərtib  etməlidir.

Qrupun tapşırıq üzrə tərəfdaşı qrupun ümumi audit strategiyasını və  qrupun audit planını yoxlamalıdır.

Auditor müəssisə və onun mühitini öyrənmək vasitəsilə əhəmiyyətli  təhriflər riskini müəyyənləşdirməli və qiymətləndirməlidir. 

Qrupun tapşırıq heyəti aşağıdakılar üçün yetərli olan təhlilləri

aparmalıdır:

  1. Əhəmiyyətli ola bilən bölmələrin ilkin müəyyənləşdirilməsini təsdiqləmək və ya yenidən baxmaq; habelə
  2. Qrup maliyyə hesabatlarında dələduzluq və ya səhv

nəticəsində baş vermiş əhəmiyyətli təhriflər riskini qiymətləndirmək.

Auditor maliyyə hesabatlarının qiymətləndirilmiş əhəmiyyətli təhriflər  riskinə  qarşı  lazımi  cavab  tədbirləri  işləyib  hazırlamalı və  həyata  keçirməlidir.

Qrupun tapşırıq heyəti qrupun rəhbərliyi tərəfindən bölmələrə verilən  təlimatlar daxil olmaqla, qrup daxili nəzarət vasitələri və konsolidasiya  prosesini öyrənməlidir.  Əgər  konsolidasiya prosesi üzrə yerinə yetirilməli  işlərin  xüsusiyyəti,  müddəti və  dərəcəsi qrup səviyyəsində  nəzarət  vasitələrinin səmərəliliyinə  əsaslanırsa  və ya  mahiyyəti  üzrə  yoxlama  prosedurları  özlüyündə  təsdiqləmələr səviyyəsində  yetərli  münasib  audit  sübutları təqdim  edə bilmirsə, qrupun tapşırıq heyəti və ya onun  tapşırığı ilə bölmə auditoru qrupdaxili nəzarət vasitələrinin səmərəliliyini  test yoxlamasından keçirməlidir.

Auditor audit riskini qəbul ediləcək aşağı səviyyəyə qədər azaltmaq və auditor rəyini  əsaslandırmaq  üçün yetərli  münasib audit sübutları əldə  etməlidir.

Qrupun tapşırıq heyəti audit sənədlərinə aşağıdakı məlumatları

daxil etməlidir:

a) Əhəmiyyətli bölmələrin müəyyən edilməsi məqsədilə bölmələrin və  bölmələrin maliyyə  məlumatlarının  auditi üzrə işlərin növünün təhlili.

b) Əhəmiyyətli bölmələrin auditi üzrə bölmə auditorlarının işində  qrupun tapşırıq heyətinin iştirakının xüsusiyyəti, müddəti və dərəcəsi,  o cümlədən müvafiq olarsa, qrupun tapşırıq qrupu tərəfindən auditin  sənədləşdirilməsinin müvafiq hissələrinin və bölmə auditorlarının  mülahizələrinin təhlili.

c) Qrupun tapşırıq heyətinə tələblər haqqında qrupun tapşırıq heyəti və bölmə auditorları arasında yazışma.

Auditor audit riskini qəbul ediləcək aşağı səviyyəyə qədər azaltmaq və auditor rəyini əsaslandırmaq üçün yetərli münasib audit sübutları əldə  etməlidir.

Tədbir zamanı çıxışlar ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.

Keçirilən seminarın mövzusu ilə ətraflı tanış olmaq məqsədilə çıxışlar Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.

Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.

Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 36 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.

 

Azərbaycan Respublikasının Auditorlar Palatası