2024-cü ilin 26 noyabr tarixində saat 10:00-da Auditorlar Palatası tərəfindən “Auditorun səsi” mövzusunda onlayn müzakirə təşkil ediləcəkdir.

Ölkədə iqtisadiyyat sahəsində innovasiyaların tətbiqi, rəqəmsal transformasiya və yaşıl iqtisadiyyat şəraitində auditor xidmətinin keyfiyyətinin artırılması, müstəqil auditə ictimai etimadın yüksəldilməsi, auditor peşəsinin cəmiyyətdəki nüfuzunun artırılması və Auditorlar Palatasının üzvlərinin qarşılaşdığı problemlərin operativ həll edilməsinin təmin edilməsi məqsədilə 2024-cü ilin 26 noyabr tarixində saat 1000-da Auditorlar Palatası tərəfindən “Auditorun səsi” mövzusunda onlayn müzakirə təşkil ediləcəkdir.

Məlumat üçün bildiririk ki, onlayn müzakirədə Auditorlar Palatasının struktur bölmələrinin rəhbərləri iştirak edəcəkdir.

Sizdən xahiş edirik ki, həmin müzakirədə fəal iştirak edəsiniz.

Tədbirə aşağıdakı linklə qoşula bilərsiniz:

https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09

 

 

Azərbaycan Respublikasının Auditorlar Palatası

26.09.2024