Hörmətli üzvlərimiz,
Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2023-cü il 28 dekabr tarixli 362/1 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Auditorlar Palatasının 2024-cü il üzrə İş Planı”nın 9.2.25-ci “Əlaqəli auditor xidmətlərinin aparılması zamanı BAS-ların tətbiqi” və 9.2.26-cı “Auditdə informasiya texnologiyalarının tətbiqi” (moderator – Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov; məruzəçi –Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov) barədə nəzərdə tutulmuş mövzu üzrə 2024-cü ilin 05 oktyabr tarixində saat 1000-da ustad dərsi və seminar keçiriləcəkdir.
Sizdən xahiş edirik ki, həmin ustad dərsində və seminarda fəal iştirak edəsiniz.
Tədbirə aşağıdakı linklə qoşula bilərsiniz:
https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09