Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Beynəlxalq Əlaqələr üzrə Komitəsinin sədri Lamiyə Bayramovanın Almaniya Federativ Respublikasının Berlin şəhərinə işgüzar səfərdə olmuşdur.
2017-06-22
Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Beynəlxalq Əlaqələr üzrə Komitəsinin sədri Lamiyə Bayramovanın Almaniya Federativ Respublikasının Berlin şəhərinə işgüzar səfərdə olmuşdur.
Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Beynəlxalq Əlaqələr üzrə Komitəsinin Sədri, Avropa Mühasiblər və Auditorlar Federasiyasının ( EFAA) Direktorlar Şurasının üzvü, “L.B. Audit Xidməti” MMC-nin direktoru Lamiyə Bayramova EFAA-nın prezidenti Bodo Riçartın 2017-ci il mart tarixli dəvət məktubuna və Auditorlar Palatasının Sədri Vahid Novruzovun 2017-ci il 30 may tarixli K-37 saylı əmrinə əsasən 7,8,9 iyun tarixlərində Almaniya Federativ Respublikasının Berlin şəhərində EFAA-nın İdarə Heyətinin iclasında, İllik Beynəlxalq Konfransında və İllik Ümumi İclasında iştirak etmişdir.
Beynəlxalq konfransda bir çox ölkədən nümayəndələr iştirak edirdi.
EFAA “Rəqəmsal Peşənin İnkişafı” mövzusunda Beynəlxalq Konfransı Berlin şəhərində həyata keçirdi. Konfransda EFAA-nın prezidenti Bodo Riçart, ACCA Texnologiya Departamentinin Rəhbəri Narayanan Vaidyanathan, Avropa Birliyinin Eksperti Dimitra Liveri, Vyana Universitetinin Professoru Dimitris Karagiannis, Hindistan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutunun Şura Üzvü M P Vijay Kumar, Martin De Bie və digər ekspertlərin mühazirələri dinlənildi və müzakirə edildi.
Konfransda “Müvafiq Rəqəmsal İnkişaflar”, “Rəqəmsal Zamanda Biznes və Cəmiyyət”, “Rəqəmsal Peşə” mövzularını əhatə edən mülahizələr dinlənildi və daha ətraflı müzakirələr aparıldı.
EFAA-nın Direktorlar Şurasının iclasında isə maliyyə hesabatı, vergilər, 2016-2017-ci illər üzrə fəaliyyət planın həyata keçirilməsi, EFAA-dakı reformlar, üzvlük haqqı ilə bağlı reformlar, EFAA-nın yeni nizamnamə layihəsi, gələcək tədbirlər və s. mövzulara dair müzakirələr aparıldı.
EFAA-nın İllik Ümumi İclasında prezident Bodo Riçartın İllik Hesabatının və 2016-cı ilin İllik Maliyyə Hesabatlarının dinlənilməsi, Belçika Mühasiblər və Vergi Məsləhətçiləri İnstitutunun yeni üzvlüyə qəbul edilməsi, 2017-2018-ci illər fəaliyyət planı, üzvlük haqlarının müzakirəsi, 2018-ci ilin büdcəsinə dair və s. məsələlərlə bağlı müzakirələrin aparılmasına yer verildi.