2024-cü ilin 05 noyabr tarixində “Qeyri-maliyyə hesabatlarının auditi və sosial auditin aparılması” (Moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi –Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov) mövzusunda ustad dərsi keçirilmişdir.
Moderator Q.Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının əməkdaşlarını, üzvlərini salamlayıb “Qeyri-maliyyə hesabatlarının auditi və sosial auditin aparılması” mövzusunda ustad dərsi haqqında məlumat verərək bildirdi ki, "Qeyri-maliyyə hesabatlarının auditinin aparılmasına dair metodik vəsait" “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanunundan, Azərbaycan Respublikasında auditor fəaliyyətinin Inkişaf Konsepsiyasından (2021-2030-cu illər) irəli gələn vəzifələrin, Auditorlar Palatası Şurasının 2022-ci il 24 noyabr tarixli 350/1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının 2023-cü il üzrə İş planının 1.2.2-ci "Qeyri-maliyyə hesabatlarının auditinin aparılmasına dair metodik vəsaitin hazırlanması" maddəsinin icrasını təmin etmək məqsədilə sədrin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbov tərəfindən hazırlanmış və Palata Şurasının 2023-cü il 14 dekabr tarixli 361/7 nömrəli qərarı ilə bəyənilmişdir.
Metodik vəsait aşağıdakı 11 bölmədən ibarətdir:
Qeyri-maliyyə hesabatlarının məqsədi maraqlı tərəflərin informasiya ehtiyaclarını və sorğularını ödəmək üçün təşkilatların iqtisadi, ekoloji, sosial aspektlər və idarəetmə sistemləri üzrə fəaliyyətləri haqqında dolğun, tam, vaxtında, dəqiq, balanslaşdırılmış, müqayisə edilə bilən, etibarlı və obyektiv məlumatlarla təmin etməkdir. Bu məlumatlara əsaslanaraq, maraqlı tərəflər müəsisə və təşkilatlarda idarəetmənin keyfiyyətini və qəbul etdikləri qərarları, ətraf mühitə və cəmiyyətə təsirini, təşkilatların davamlılığını qiymətləmdirə bilərlər. Eyni zamanda ictimai qeyri-maliyyə hesabatlarına daxil edilən qeyri-maliyyə göstəriciləri həm cari təcrübədə, eləcə də gələcəkdə maraqlı tərəflərin iqtisadi qərarlar qəbul etməsinə əhəmiyyətli təsir edə bilər.
“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunundan, “Azərbaycan Respublikasında auditor fəaliyyətinin inkişaf konsepsiyası”ndan (2021-2030-cu illər) irəli gələn vəzifələrin, Azərbaycan Respublikası Auditorlar Palatasının 2024-cü il üzrə iş planının 1.2.1-ci “Sosial auditə dair metodik vəsaitin hazırlanması” bəndinin icrasını təmin etmək, habelə müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək məqsədilə Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, sədrin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbov və Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Q.Əhmədov tərəfindən hazırlanmış “Sosial auditə dair metodik vəsait” Auditorlar Palatasının Şurasının 2024-cü il 09 aprel tarixli 364/6 nömrəli qərarı ilə bəyənilmişdir.
Həmin metodik vəsait aşağıdakı 9 bölmədən ibarətdir:
Sosial audit aparmaq üçün məlumat toplamaq, alınan məlumatları təhlil etmək və şərh etmək üçün müxtəlif vasitələrdən istifadə etmək lazımdır. Sosial auditin effektivliyinin və nəticələrinin qiymətləndirilməsi təklif olunan tədbirlərin nə dərəcədə uğurla həyata keçirildiyini müəyyən etməyə imkan verir. Sosial auditin nəticələri iş şəraitinin yaxşılaşdırılması, işçilərin məmnunluğunun artırılması və təşkilatın sosial məsuliyyətinin gücləndirilməsi üçün istifadə edilə bilər.
Daha sonra Q.Bayramov sözü Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbova verdi. N.Talıbov ustad dərsinə keçid edərək bildirdi ki, ölkəmizdə qeyri-maliyyə hesabatlarının tətbiqinə dair normativ akt yoxdur və həmin hesabatların forması müəyyən edilməmişdir. Buna baxmayaraq bir sıra iri müəssisə və təşkilatlar tərəfindən sərbəst formada və məzmunda, adətən illik hesabatlar tərtib edilir. Bu hesabatlar məzmununa görə inteqrə olunmuş hesabatlar olmaqla:
-Həm maliyyə, həm də qeyri-maliyyə məlumatlarını özündə cəmləşdirir;
-Daha çox müəssisənin (təşkilatın) nizamnamə (əsasnamə) öhdəliklərinin yerinə yetirilməsini əks etdirir;
- Beynəlxalq təcrübədə rast gəlinən göstəricilərin (ekoloji, sosial və s) hamısını tam əhatə etmir. Bu hesabatlar həmin müəssisələrin fəaliyyətlərində şəffaflığı təmin etmək sahəsində könüllülük prinsipi əsasında tərtib edilir.
Bu təşəbbüslər müsbət qarşılansa da nəzərə alınmalıdır ki, qeyri-maliyyə hesabatları aşağıdakı vəzifələrin həlli üçün bir vasitədir:
✓ risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi;
✓ korporativ idarəetmə və biznes etikası təcrübələrinin inkişafı;
✓ ekoloji və sosial fəaliyyətlər də daxil olmaqla idarəetmənin səmərəliliyinin artırılması;
✓ maraqlı tərəflərlə dialoqun və konstruktiv qarşılıqlı əlaqənin inkişafı, işgüzar nüfuzun gücləndirilməsi;
✓ investisiya cəlbediciliyinin artırılması.
Beynəlxalq işgüzar aləmdə Qeyri-maliyyə hesabatları ümumiləşdidilmiş olaraq "ESG hesabatları" kimi təqdim olunur. Burada:
E - ətraf mühit problemləri (environmental issues);
S- sosial problemlər (social issues)
G - korporativ idarəetmə (corporate governance) mənasındadır.
Sosial auditin mahiyyəti müəssisədə, hər hansı bir fəaliyyət sahəsində və ya regionda yaranan problemli vəziyyətlərin diaqnostikası, habelə onların əhəmiyyətinin qiymətləndirilməsi, həlli yollarının tapılması və maraqlı tərəflər üçün konkret tövsiyələrin formalaşdırılmasıdır. Başqa sözlə, sosial auditin vəzifəsi - sosial risk faktorlarının təhlili və onların təsirini azaltmaq üçün təkliflərin hazırlanmasıdır.
Sosial audit təşkilatın, onun sosial fəaliyyətinin və sosial məsuliyyətinin sistemli və obyektiv öyrənilməsi və qəbul edilmiş standart və normalara uyğunluğunun qiymətləndirilməsi prosesidir.
Sosial audit təşkilatın cəmiyyət, əməkdaşlar, istehlakçılar və digər maraqlı tərəflər qarşısında öhdəliklərini nə dərəcədə yerinə yetirdiyini müəyyənləşdirməyə imkan verir və iş şəraiti, əməkhaqqı, gender bərabərliyi, iş yerində təhlükəsizlik və sağlamlıq, sosial proqram və təşəbbüslərə töhfə, ekoloji məsuliyyət və sosial fəaliyyətin digər aspektləri kimi göstəricilərin təhlilini özündə ehtiva edir. Sosial audit iqtisadi, sosial və insani aspektlərin uzlaşdırılmasına kömək edən strateji alətdir.
Sosial audit təşkilatın sosial fəaliyyətində problemli sahələri və çatışmazlıqları aşkar edir, onların aradan qaldırılması üçün tədbirlərin işlənib hazırlanmasına və həyata keçirilməsinə dəstək göstərir. Başqa sözlə sosial audit təşkilata sosial məsuliyyətini artırmağa, işçilərinin iş və yaşayış şəraitini yaxşılaşdırmağa, onun nüfuzunu gücləndirməyə və maraqlı tərəflərin ehtiyac və gözləntilərini qarşılamağa kömək edir.
Akademik Kreps Teodor J. Kreps 1940-cı illərdə sosial audit ideyası və konsepsiyasının müəllifi kimi tanınır. Kreps biznesləri insanlara hörmətlə yanaşmaq məsuliyyətini dərk etməyə çağırıb. 1953-cü ildə Hovard R.Bouen “İş adamının sosial məsuliyyətləri” adlı məqaləsində ilk dəfə olaraq “sosial audit” anlayışını təqdim etmişdir. Proses İlkin işlər Planlaşdırma İcra Tamamlama 7 Əgər 20-ci əsrin 60-70-ci illərində illik hesabatlarda və reklam kampaniyalarında “ekologiya” sözü tez-tez görünməyə başlayırdısa, 80-ci illərdə sosial auditlərin də zamanı çatdı.
Keçirilən ustad dərsinin mövzusu ilə ətraflı tanış olmaq məqsədilə çıxış Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.
Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.
Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 86 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.
Azərbaycan Respublikasının Auditorlar Palatası