Azərbaycan Respublikasının Auditorlar Palatasında növbəti “dəyirmi masa” təşkil olunmuşdur.

Azərbaycan Respublikasının Auditorlar Palatasında növbəti “dəyirmi masa” təşkil olunmuşdur.

2017-06-07



Azərbaycan Respublikasının Auditorlar Palatasında  2017-ci ilin 07 iyun tarixində növbəti “dəyirmi masa” təşkil olunmuşdur.

“Dəyirmi masa”da  Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov tərəfindən Auditorlar Palatası Şurasının 2017-ci il 31 yanvar tarixli 285/5 saylı “Auditor xidməti bazarında haqsız rəqabətin əlamətləri barədə” qərarının 3-cü bəndinin icrası ilə əlaqədar hazırlanmış Auditorlar Palatası Şurasının 2015-ci il 25 noyabr tarixli 269/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Auditor xidməti sahəsində araşdırma və intizam tədbirləri sistemi”nə dəyişikliklər barədə və «Auditorlara müştəri və benefisiar mülkiyyətçilərin eyniləşdirilməsi, verifikasiyasına dair məlumat bazasının yaradılması və PL/TM risklərinin müəyyən edilməsi, əməliyyatların və riskli müştərilərin monitorinqinə imkan verən informasiya sisteminin tətbiqi üzrə metodik  vəsait»in layihəsi, Kadr hazırlığı şöbəsinin müdir müavini Nigar Əlisoy tərəfindən «Audit sahəsində müsabiqə qaydaları və audit seçimi üzrə metodik göstəriş»in layihəsi və Kadr hazırlığı şöbəsinin müdiri Elmira Behbudova tərəfindən «Auditorların «Öz müştərini tanı” və müştəri qəbulu siyasətinin formalaşdırılmasına dair  metodik göstəriş»in layihəsi məruzə olunmuşdur. Məruzələr ətrafında geniş müzakirələr aparıldı və layihələrə dair “dəyirmi masa” iştirakçıları tərəfindən konkret təkliflər verildi.