Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2024-cü il 25 noyabr tarixində videokonfrans formatında növbəti iclası keçirilmişdir.

Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi iclasda auditin aktual problemlərinə dair aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:

1. Azərbaycan Respublikası Auditorlar Palatasının 2025-ci il üzrə iş planı barədə;

2. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə hazırlanmaış layihələrə dair;

3. Azərbaycan Respublikası Auditorlar Palatasının İctimai Nəzarət Komitəsinin yaradılması və tərkibinin təsdiq edilməsi barədə;

4. 2024-cü il ərzində səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan yoxlamaların icra vəziyyəti barədə;

5. Azərbaycan Respublikasının ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin qüvvədəolma müddətinin başa çatması ilə əlaqədar keçiriləcək imtahan barədə.

 

Qalareya