Tədbirdə onlayn qaydada Mərkəzi Bankın, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin nümayəndələrini və Auditorlar Palatasının üzvləri olan auditor təşkilatının nümayəndələri və sərbəst auditorlar iştirak etmişdir.
Moderator Həbibə Məmmədova konfransda iştirak edən Mərkəzi Bankın, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin nümayəndələrini və Auditorlar Palatasının üzvlərini salamlayaraq konfrans barədə geniş məlumat verdi.
Sonra açılış nitqi üçün Azərbaycan Respublikası Auditorlar Palatasının Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimova, Mərkəzi Bankın Maliyyə monitorinqi departamentinin direktoru Samir Rzayevə, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nəzarət və hüquq mühafizə orqanları ilə iş departamentinin Nəzarət orqanları ilə iş şöbəsinin rəisi xanım Kifayət Nəsirliyə söz verildi.
E.İbrahimov öz açılış nitqində konfrans iştirakçılarını salamlayaraq onlayn konfransın təşkilinə görə Auditorlar Palatasının, Mərkəzi Bankın və Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin rəhbərliyinə təşəkkürünü bildirdi.
Konfrans zamanı Mərkəzi Bankın Maliyyə monitorinqi departamentin şöbə rəisi Vüsal Həsənov “ƏL/TMM sahəsində risk əsaslı nəzarətin tətbiqi” mövzusunda, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nəzarət və hüquq mühafizə orqanları ilə iş departamentinin Nəzarət orqanları ilə iş şöbəsinin rəisi xanış Kifayət Nəsirli “Auditorlar tərəfindən şübhəli əməliyyatların aşkar edilməsi xüsusiyyətləri” mövzusunda, Azərbaycan Respublikası Auditorlar Palatasının Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov “Azərbaycan Respublikasında auditor xidməti göstərən şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına dair qanunvericiliyə riayət edilməsinin monitorinqinin aparılmasında nəzarət orqanının rolu” mövzusunda, Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov “ƏLTMM qanunvericiliyinin auditor xidməti göstərən şəxslər qarşısında yaratdığı öhdəliklər” mövzusunda, Azərbaycan Respublikası Auditorlar Palatasının Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin baş mütəxəssisi Nigar Alxaszadə “Azərbaycan Respublikasında auditor xidməti göstərən şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına dair qanunvericiliyə riayət edilməsinin monitorinqinin aparılması barədə” mövzusunda çıxış etmişdirlər.
Konfrans zamanı çıxış ətrafında geniş müzakirələr aparıldı və auditorların sualları cavablandırıldı. Tədbirdə iştirak edənlərə təşəkkür bildirildi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış edildi.
Azərbaycan Respublikasının Auditorlar Palatası