Auditorlar Palatasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbir keçirilib

Auditorlar Palatasında 2024-cü il 11 dekabr tarixində müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş onlayn tədbir keçirilib. Tədbir Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstinin qoyulması və əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra isə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş videofilm nümayiş etdirilib. Daha sonra açılış nitqi ilə çıxış edən Auditorlar Palatasının sədr müavini Fəxrəddin İsmayılov müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində Heydər Əliyevin əvəzolunmaz xidmətləri barədə çıxış edib. Bildirilib ki, beynəlxalq normalara əsaslanan demokratik dövlətin qurulması, suveren Azərbaycanın əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi şəxsən Heydər Əliyevin xidmətləridir. Ona görə də haqlı olaraq müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəri adlandırılır. Ölkəmizdə  auditor xidmətinin  dövlət tənzimlənməsinin  normativ hüquqi  əsası «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanunu 1994-cü ilin 15 sentyabr tarixində ulu öndərimiz Heydər Əliyev  tərəfindən  imzalanmaqla  qoyulmuşdur.  Ulu Öndər Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən ətraflı bəhs edərək, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan, Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb.

Fəxrəddin İsmayılov bildirib ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Liderin Vətən və xalq qarşısında müstəsna xidmətlərindən biri İlham Əliyev kimi bir rəhbərin yetişdirməsini və həmin layiqli varisin 20 ildir ki, Azərbaycana bacarıqla rəhbərlik etdiyini, onu inamla gələcəyə apardığını vurğulayıb. Daha sonra F.İsmayılov bildirib ki, Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra insanların qəlbində ümid çırağı yanmağa başladı. Ulu Öndərin söylədiyi “gün gələcək Azərbaycanın bayrağı Şuşada və digər işğal olunmuş ərazilərdə dalğalanacaq” sözləri xalqımızın inamını artırdı. İşğaldan azad olunmuş bütün rayon, kənd və qəsəbələrdə geniş abadlıq quruculuq işləri aparılır. Hesab edirəm ki, biz 44 günlük möhtəşəm Qələbəyə görə həm də ümummilli lider Heydər Əliyevə borcluyuq. Çünki bizi 30 il ərzində qələbəyə yaxınlaşdıran ordu quruculuğunun əsasını məhz ümummilli lider Heydər Əliyev qoyub. Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycan dövlətinin deyil, həm də qalib Azərbaycanın böyük Zəfərinin banisidir. F.İsmayılov, bir tədbir çərçivəsində Heydər Əliyevin Azərbaycanın dövlət quruculuğunda, iqtisadiyyatın idarə olunmasında, təsərrüfatçılıqda məqsədyönlü, zəngin, çoxcəhətli əməli iş təcrübəsini ümumiləşdirərək şərh etməyin mümkünsüzlüyünü qeyd edərək, Ulu Öndər haqda ən obyektiv və dərin mənalı fikirlərdən biri kimi dəyərləndirilən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın aşağıdakı sözlərini yada saldı: “Böyük siyasət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hər bir azərbaycanlının qəlbində qoyub getdiyi azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsi və gördüyü nəhəng işlərlə yaşayacaqdır!” F.İsmayılov eyni zamanda 2024-cü ilin 7 fevral tarixində ölkəmizdə növbədənkənar Prezident seçkiləri barədə də fikir söyləyərək qeyd edib ki, ölkəmizdə audit sisteminin inkişafına hərtərəfli dəstək göstərmiş möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına ölkə auditorları adından təşəkkür edərək, seçkidə birmənalı olaraq İlham Əliyevi dəstəkləyəcəyimizi bəyan edib.

Daha sonra tədbirdə Auditorlar Palatasının Aparat rəhbəri Qəşəm Bayramov, “LŞ Audit” MMC-nin direktor-auditoru Fərhəddin Hüseynov, "ACTİVE CONSULTİNG CN" MMC-nin direktoru Nazim Alıyev, Naxçıvan Muxtar Respublikası Auditor təşkilatının direktoru Roman Hüseynov, Auditorlar Palatasının üzvü, Sərbəst auditor Hafiz Əhmədov, Auditorlar Palatasının üzvü, Sərbəst auditor Aftandil Əliyev, Auditorlar Palatasının İnsan resursları üzrə meneceri Nərgiz Abdullayeva, “Azəri Audit Servis” MMC-nin auditoru Yasin Şirinov, Auditorlar Palatasının üzvü, Sərbəst auditor İlham Süleyman geniş məruzə ilə çıxış edərək Ulu öndərimiz Heydər Əliyevin Vətəni və xalqı qarşısında müstəsna xidmətlərindən bəhs ediblər.

Məruzəçilər bildirdilər ki, Ulu Öndər Heydər Əliyev də tarix yaradan nadir insanlardan , dahi şəxsiyyətlərdəndir.

Ümummilli Lideri dünyanın bir çox görkəmli ictimai siyasi xadimləri, müdrik insanları ilə müqayisə edənlər çox vaxt onun Azərbaycana rəhbərlik etdiyi  dövrləri, yüksək vəsifələrdə olduğu illəri qələmə alırlar ki, bu da təbiidir həm də gələcək nəsil üçün bir töhfədir.

Ulu Öndərin həyatının əsl dəyərini, zamanı qabaqlamaq istedadının və tarix yaratmaq bacarığının əsl mahiyyətini dərk etmək üçün yalnız rəhbər vəzifələrdə çalışdığı illəri araşdırmaq kifayət deyil. Onun mənalı həyatının hər günü, hər anı, qəhrəmanlıqlarla və mübarizələrlə dolu ömrü, fenomenal zəkası, hamanı mat qoyan yaddaşı, qeyri-adi natiqlik qabiliyyəti, istedadının müxtəlif formalarda təzahürü, şəxsiyyətin formalaşması mərhələləri tarixi hadisələrlə zəngin unudulmaz salnamədir.

 

  

Qalareya