İmtahanda mühasibat uçotu, maliyyə, iqtisadçı və hüquqşünas ixtisasları üzrə ali təhsilə və ixtisas üzrə üç il əmək stajına malik olan Azərbaycan Respublikasının vətəndaşı iştirak edə bilərlər. İmtahanda iştirak etmək istəyən şəxslər 2025-ci il 15 mart tarixinədək aşağıda göstərilən sənədləri Azərbaycan Respublikasının Auditorlar Palatasına təqdim etməlidirlər.
İmtahan ödənişlidir!
Maraqlananlar Azərbaycan Respublikasının Auditorlar Palatasının Kadr hazırlığı idarəsinə müraciət edə bilərlər. Məlumat üçün bildiririk ki, auditor adı almaq üçün imtahanda iştirak etmək arzusunda olan şəxslərə imtahan qabağı ödənişli kurslar təşkil edilə bilər.
Ünvan: S.Y.Bakuvi 35
Əlaqə: 012 465-21-75 (daxili 122), 051-921-25-25