Auditorlar Palatasında “Haqsız rəqabət hallarının qarşısının alınması barədə” “Dəyirmi masa” təşkil edilib

Azərbaycan Respublikasının Auditorlar Palatasında 2025-ci ilin 16 yanvar tarixində Azərbaycan Respublikası Auditorlar Palata Şurasının 2024-cü il 29 dekabr tarixli 372/1 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Auditorlar Palatasının 2025- ci il üzrə İş Planı”nın 10.2.2-ci “Haqsız rəqabət hallarının qarşısının alınmasına dair dəyirmi masanın keçirilməsi” bəndinin icrası ilə əlaqədar “Haqsız rəqabət hallarının qarşısının alınması barədə” “Dəyirmi masa” təşkil edilib.

Aparatın və “Dəyirmi masa”nın rəhbəri Qəşəm Bayramov Haqsız rəqabət hallarının qarşısının alınması barədə bəhs edərək bildirib ki, Auditorlar Palatası ötən dövr ərzində haqsız rəqabət hallarının qarşısının alınmasına dair xeyli təqdirəlayiq işlər görmüşdür. Belə ki, Auditorlar Palatası Şurasının 2022-ci il 15 fevral tarixli 340/1 nömrəli qərarı ilə Auditorlar Palatası 2022-ci ili “Haqsız rəqabətlə mübarizə ili” elan etmişdir. Auditorlar Palatasının strukturunda Haqsız rəqabətə qarşı mübarizə şöbəsi və Palatanın Şurası yanında Haqsız rəqabətə qarşı mübarizə üzrə komitə yaradılmışdır. Həmin şöbə və komitə tərəfindən haqsız rəqabətə qarşı mübarizə ilə əlaqədar Türkiyə Respublikasının təcrübəsi öyrənilmiş və onların tətbiqinə dair Auditorlar Palatasının sədri, professor cənab V.Novruzovun rəhbərliyi altında Palatanın Şurası yanında müvafiq komitələr və Palatanın struktur bölmələri tərəfindən 11 metodik vəsaitdən ibarət “Haqsız rəqabətə qarşı mübarizə üzrə metodik materiallar toplusu” və “Qütb ulduzumuz” kitabı hazırlanmış, eyni zamanda nəşr etdirilmiş və xidməti istifadə üçün auditor təşkilatlarına, sərbəst auditorlara paylanılmışdır. İnkişaf etmiş xarici ölkələrin təcrübəsi nəzərə alınmaqla Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədləri müəyyən edilmiş və Palata Şurasının 2022-ci il 03 oktyabr tarixli 348/1 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin minimum hədlərə dəyişiklik edilərək Şuranın 2023-cü il 16 may tarixli 356/1 nömrəli qərarı ilə təsdiq edilmişdir. Çox təəssüflər olsun ki, bir sıra auditor təşkilatları və sərbəst auditorlar tərəfindən auditor xidmətlərinin dəyərinin minimum hədlərinə riayət etməyərək aşağı qiymətlərə müqavilə bağlayırlar və Beynəlxalq Audit Standartlarının, Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə), Auditorlar 2 Palatasının normativ sənədlərinin tələblərinə düzgün riayət edilmədən keyfiyyətsiz audit aparırlar. Daha sonra Haqsız rəqabətə qarşı mübarizə idarəsinin rəisi Rövşən Cəfərli çıxış edərək bildirdi ki, auditor fəaliyyətində haqsız rəqabətin aradan qaldırılması və səmərəliliyin yüksəldilməsi, göstərilən auditor xidmətlərinin keyfiyyətinin artırılması, dempinq hallarının aradan qaldırılması, müstəqil auditə ictimai etimadın yüksəldilməsi və auditor peşəsinin cəmiyyətdəki nüfuzunun artırılması məqsədilə Auditorlar Palatası Şurasının 2022-ci il 15 fevral tarixli 340/1 nömrəli qərarına əsasən 2022-ci ilin “Haqsız rəqabətlə mübarizə ili” elan edilməsi ilə haqsız rəqabətin aradan qaldırılması sahəsində konkret tədbirlər həyata keçirilmiş, bu sahədə Türkiyə Respublikasının qabaqcıl təcrübəsi öyrənilmiş və Auditorlar Palatasının üzvləri üçün 11 metodik vəsait (Auditor xidməti sahəsində haqsız rəqabət və reklam qadağası haqqında Əsasnamə, Auditor fəaliyyəti sahəsində haqsız rəqabət hallarının qarşısının alınmasına dair Prosedur Qaydalar, Auditor fəaliyyəti sahəsində haqsız rəqabət üzrə daxil olan sənədlərin dövriyyəsi, Auditor xidmətləri üzrə xidmət haqqının müəyyən edilməsi prinsipləri haqqında Əsasnamə, Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədləri, Auditor xidməti zamanı icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi haqqında Əsasnamə, Peşə mənsublarının fəaliyyətinin ilkin təməl prinsipləri, Auditor fəaliyyəti sahəsində haqsız rəqabət hallarının qarşısının alınmasına dair intizam tədbirləri sistemi, Haqsız rəqabətə qarşı mübarizə üzrə komitənin hüquqi əsasları, məqsədi, vəzifə və səlahiyyətləri barədə Təlimat, “Auditorun Şəxsi Kabineti” sistemində auditor təşkilatlarının və sərbəst auditorların fəaliyyətini əks etdirən yarımillik (illik) hesabatın, müqavilələrin və rəylərin qeydiyyatı haqqında Təlimat, Haqsız rəqabətə qarşı mübarizə üzrə hesabatlılıq və onun nümunəvi forması) Palata Şurasının müvafiq qərarları ilə təsdiq edilmiş və haqsız rəqabətlə mübarizədə “Qütb Ulduzumuz” kitabçası nəşr etdirilmişdir. Auditor xidməti sahəsində haqsız rəqabətlə mübarizədə minimum hədlərin tətbiqi auditor fəaliyyətinin keyfiyyətini artırmaq və bazarda ədalətli rəqabət mühitini təmin etmək baxımından vacidbir. Minimum hədləri pozan auditorlara qarşı inzibati tədbirlərin görülməsi haqsız rəqabətlə mübarizədə effektiv vasitələrdəndir. Xarici təcrübə nəzərə alınmaqla Auditorlar Palatası Şurasının 2022-ci il 03 oktyabr tarixli 348/1 nömrəli qərarı ilə "Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədləri" təsdiq edilmiş və minimum hədlərə Şuranın 2023-cü il 16 may tarixli 356/1 nömrəli qərarı ilə dəyişiklik edilmişdir. Haqsız rəqabətlə mübarizədə bizim ən başlıca sənədimiz Palata Şurasının 2022-ci il 03 oktyabr tarixli 348/1 nömrəli qərarı ilə 3 təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədləri”dir. Haqsız rəqabətə qarşı mübarizə şöbəsi yaranandan yəni 2022-ci ildən bu günə kimi minimum hədlərə əməl etmədiklərinə görə Palata sədrinin 28 əmrinə əsasən 68 auditor təşkilatı və 31 sərbəst auditor barəsində müvafiq olaraq intizam və tənbeh tədbirləri görülmüşdür. Görülmüş intizam və tədbirləri barədə əmrlər Palatanın internet səhifəsində yerləşdirilmişdir. Hal-hazırda da bu istiqamətdə işlər davam etdirilməkdədir. “KPMG Audit Azərbaycan” MMC-nin Audit departamentinin rəhbəri, auditor Nəsibə Muradxanova, Sərbəst auditor Ənvər Aslanov, “Bizcon Audit” MMC-nin direktor-auditoru Anar Bayramov, Sərbəst auditor Nazim Axundov, “Azəri Audit Servis” MMC-nin auditoru Yasin Şirinov və Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri, Auditorlar Palatasının Şurası yanında Elm, innovasiyaların tətbiqi və auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitənin sədri Nəcəf Talıbov “Dəyirmi masa”da çıxış edərək bir sıra təkliflər irəli sürdülər. “Dəyirmi masa”da onlayn qaydada Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin 2024-ü il 19 yanvar tarixli 1/6 nömrəli Sərəncamı ilə təsdiq olunmuş 21 nəfər “Dəyirmi masa”nın üzvləri və Palatanın əməkdaşları iştirak edib.

Azərbaycan Respublikasının Auditorlar Palatası