Auditorlar Palatasında 2017-ci il 16 may tarixində “dəyirmi masa” keçirilmişdir
2017-05-16
Auditorlar Palatasında 2017-ci il 16 may tarixində “dəyirmi masa” keçirilmişdir
Azərbaycan Respublikasının Auditorlar Palatasında 2017-ci il 16 may tarixində saat 10:00-da keçirilmiş “dəyirmi masa”da Auditorlar Palatasının sədri Vahid Novruzov tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək və səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi barədə 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrası ilə əlaqədar görüləcək işlər barədə, Kadr hazırlığı şöbəsinin müdir müavini Nigar Əlisoy tərəfindən «Audit sahəsində tender qaydaları və audit seçimi üzrə metodik göstəriş»in, Auditin hüquqi təminatı və standartlaşdırma idarəsinin rəis müavini Bəhruzə Məmmədli tərəfindən «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət sisteminin qurulmasına və effektiv tətbiqinə dair metodik göstəriş»in layihələri məruzə olunaraq müzakirə edilmişdir.