Auditorlar Palatasında “Qanunvericilik aktlarının yenilənməsi və onun Azərbaycan auditinə təsiri” mövzusunda seminar keçirilib

 2025-ci ilin 14 fevral tarixində “Qanunvericilik aktlarının yenilənməsi və onun Azərbaycan auditinə təsiri” (moderator-Aparatın rəhbəri Qəşəm Bayramov, məruzəçilər Auditin hüquqi tənzimlənməsi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə idarəsinin rəis müavini Bəhruzə Qasımova, Sərbəst auditor Şamxal Kərimov, “Bizcon Audit” MMC-nin direktor-auditoru Anar Bayramov) mövzusunda seminar keçirilmişdir. Moderator Q.Bayramov dinləyicilər qismində iştrak edən Auditorlar Palatasının əmkdaşlarını və üzvlərini salamlayıb “Qanunvericilik aktlarının yenilənməsi və onun Azərbaycan auditə təsiri” mövzusunda seminar haqqında məlumat verərək bildirdi ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 aprel tarixli, “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Prezidentinin 23 iyul 2024-cü il tarixli Fərmanı ilə dəyişiklik edilmiş, Azərbaycan Biznesinin İnkişafı Fondunun Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 dekabr tarixli Fərmanları ilə təsdiq edilmişdir. Həmin nizamnamələrdə və əsasnamələrdə maliyyə hesabatlarının auditini aparmaq üçün kənar auditorun cəlb edilməsi və digər əhəmiyyətli müddəalar ehtiva olunmuşdur. Bunlar da auditin əhatə dairəsinin genişlənməsinə və ölkəmizdə auditor xidmətinin inkişafına müsbət təsir göstərir. Sonra Q.Bayramov həmin nizamnamə və əsasnamələrdə auditlə əlaqədar müddəaları şərh etmək üçün sözü Auditorlar Palatasının Auditin hüquqi tənzimlənməsi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə idarəsinin rəis müavini Bəhruzə Qasımovaya verdi. B.Qasımova seminara keçid edərək bildirdi ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Azərbaycan Respublikası Prezidentinin 2 2024-cü il 1 aprel tarixli Fərmanı ilə yaradılmış publik hüquqi şəxsdir. Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsinin 4-cü Xidmətin idarə olunması bölməsinin 4.7. bəndində Müşahidə Şurasının vəzifələri aşağıdakılardır: 4.7.11. Xidmətin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək; 4.7.12. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək; Nizamnamənin 7-ci Xidmətdə uçot və hesabat bölməsində göstərilir ki: 7.4. bəndində “Xidmət öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb etməsi” qeyd edilmişdir. İşğaldan azad olunmuş torpaqlarımızda fərdi yaşayış evlərinin tikintisinin təşkili, idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsinin 4. Xidmətin idarə olunması bölməsində 4.7-ci bəndində Müşahidə Şurasının vəzifələri aşağıdakılardır: 4.7.11. Xidmətin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək; 4.7.12. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək; Nizamnamənin 7-ci Xidmətdə uçot və hesabat bölməsinin 7.4. bəndində “Xidmət öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb etməsi” qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”yə Azərbaycan Respublikası Prezidentinin 12 iyun 2024-cü il tarixli Fərmanı ilə dəyişiklik edilmişdir. Əsasnamənin 5-ci “Səlahiyyətli orqanın funksiyaları” bölməsində 5.0.7-3-cü yarıbəndində Səlahiyyətli orqanı sənaye parkının operatoru tərəfindən sənaye parkında həyata keçirilən fəaliyyət haqqında yarımillik hesabatın, habelə operatorun fəaliyyətinin kənar auditor hesabatının idarəedici təşkilata təqdim edilmə qaydasını müəyyən etməsi qeyd edilir. Əsasnamənin 6-cı “İDARƏEDİCİ TƏŞKİLATIN VƏZİFƏLƏRİ VƏ HÜQUQLARI” bölməsində 6.1.13-cü yarıbənddə İdarəedici təşkilatın vəzifələrində “sənaye parkının fəaliyyəti və inkişafı barədə yarımillik hesabatları, o cümlədən kənar audit hesabatlarını səlahiyyətli orqana təqdim etmək” qeyd olunmuşdur. 3 Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2024-cü il tarixli Fərmanı ilə dəyişiklik edilmişdir. “Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsinin 4-cü Mərkəzin idarə olunması bölməsinin 4.7-ci bəndində Şuranın vəzifələri aşağıdakılardır: 4.7.11. Mərkəzin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək; 4.7.12. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək; Nizamnamənin 7-ci Mərkəzdə uçot və hesabat bölməsində göstərilir ki: 7.4. Mərkəz öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir. Azərbaycan Biznesinin İnkişafı Fondu (bundan sonra – Fond) Azərbaycan Respublikasında iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafını dəstəkləyən, bu sahədə fəaliyyətin stimullaşdırılmasını təmin edən, habelə sahibkarlığın inkişafına (bundan sonra – müvafiq sahə) maliyyə dəstəyi göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Biznesinin İnkişafı Fondunun Nizamnaməsinin 4-cü Fondun idarə olunması bölməsinin 4.9-cu bəndində Şuranın vəzifələri aşağıdakılardır: 4.9.16. Fondun audit hesabatını qəbul etmək; 4.9.17. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək; Nizamnamənin 7-ci Fondda uçot və hesabat bölməsində göstərilir ki: 7.5-ci bəndində Fond öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir. Eyni kənar auditorla ardıcıl 3 ildən artıq müddətə müqavilə bağlanıla bilməz. Q.Bayramov Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliklər və 2025-ci ilin 01 yanvar tarixindən qüvvəyə minməsi barədə məlumat verdi. Q.Bayramov qeyd etdi ki, Vergi məcəlləsinin elektron vergi idarəsinə daxil olmaqda (13.2.72-218.4.1-220.10 maddələrində dəyişikliklər edilmiş), vergi ödəyicisinin vəzifələrində (16.1.11-11.3 maddələrində dəyişiklik edilmiş, 16.11.4 maddəsi ləğv edilmiş, 16.1.11- 15, 58.15- 2, 16.1.11-17, 57.3, 16.1.11-16, 58.2-1, 50.1.15, 50.16 yeni maddələr əlavə edilmiş), gəlir və mənfəət vergisindən azadolma və güzəştlərdə 4 (102.1.42, 102.1.43, 106.1.33, 207.14 yeni maddələr əlavə edilmiş, 165.5 maddələrində dəyişiklik edilmiş), bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı ilə bağlı əlavələrdə (102.1-44, 106.1.35, 164.1.63, 199.22, 207.13 yeni maddələr əlavə edilmiş), uzunmüddətli müqavilələr üzrə gəlir və xərclərin müəyyən edilməsində (130.6.1-130.6.3 yeni maddələr əlavə edilmiş), kənd təsərrüfatlarında, nağdsız hesablaşmalar haqqında qanunda (153.3, 175.12, 159.1 maddələrində dəyişiklik edilmiş), vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi və çıxarılması qaydalarında (3.5, 13.2.81 maddələrində dəyişiklik edilmiş), gəlirdən çıxılan xərclərdə (2.1.1-2.1.5, 13.2.81 maddələrində dəyişiklər edilmiş) bir sıra maddələrdə dəyişikliklər və yeni maddələr əlavə edilmiş və bəzi maddələr ləğv edilmişdir. Sahibkarlıq sahəsində yoxlamalar 2026-cı ilin 01 yanvar tarixinədək dayandırılmışdır. Daha sonra Q.Bayramov Vergi Məcəlləsində edilmiş dəyişikliklər əlavə edilmiş və ləğv edilmiş maddələrin şərh olunması üçün sözü Şamxal Kərimova və Anar Bayramova verdi. Onlar çıxış edərək Vergi Məcəlləsinin yuxarıda qeyd olunan və dəyişikliklər edilmiş maddələrinin şərhini misallar göstərməklə geniş şərh etdilər, Seminarın sonunda dinləyicilərin sualları müzakirə edilərək cavablandırıldı, Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 62 nəfər auditor təşkilatlarının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştrak etmişdir.