Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2025-ci il 28 fevral tarixində videokonfrans formatında növbəti iclası keçirilib.

Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi iclasda auditin aktual problemlərinə dair aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilib:

1. Auditor təşkilatlarının və sərbəst auditorların hesabatlarının toplanması, təhlili və icmal-tövsiyələrin hazırlanması barədə;

2. 2024-cü ildə auditor təşkilatlarının və sərbəst auditorların apardıqları auditlərin keyfiyyətinə kənar nəzarətin vəziyyətinə dair hazırlanmış icmal-təhlil barədə;

3. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında komitələrin və komissiyanın, Veteranlar Şurasının və Qadınlar Şurasının 2024-cü il üzrə hesabatları və 2025-ci il üzrə iş planlarının təsdiq edilməsi barədə;

4. “İctimai əhəmiyyətli qurumlarda və publik hüquqi şəxslərdə maliyyə hesabatlarının auditini aparan kənar auditorlara qarşı xüsusi tələblər” barədə;

5. BAS 700 (yenidən işlənmiş) “Maliyyə hesabatları üzrə rəy və hesabatın tərtib edilməsi” Beynəlxalq Audit Standartına dair şərh barədə.           

Qalareya