Azərbaycan Respublikasının Auditorlar Palatası və Beynəlxalq Təlim və Layihə Mərkəzi arasında “Əməkdaşlıq Sazişi” imzalanmışdır

Azərbaycan Respublikasının Auditorlar Palatası və Beynəlxalq Təlim və Layihə Mərkəzi arasında “Əməkdaşlıq Sazişi” imzalanmışdır

2017-05-04

Azərbaycan Respublikasının Auditorlar Palatası və Beynəlxalq Təlim və Layihə Mərkəzi arasında “Əməkdaşlıq Sazişi” imzalanmışdır

4 May 2017-ci il tarixində Azərbaycan Respublikasının Auditorlar Palatası və Beynəlxalq Təlim və Layihə Mərkəzi arasında “Əməkdaşlıq Sazişi” imzalanmışdır. 
Əməkdaşlıq Sazişi Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov və Beynəlxalq Təlim və Layihə Mərkəzinin icraçı direktoru Tariyel Dövlətov tərəfindən imzalanmışdır.

Müqavilənin əsas məqsədi iki qurum arasında əməkdaşlığı genişləndirmək, mühasibat, vergi, maliyyə və audit sahələrində mütəxəssislərin biliklərinin artırılması, peşəkar kadr hazırlığına əlverişli şərait yaratmaq və birgə fəaliyyət nəticəsində Azərbaycan mütəxəssislərinin beynəlxalq sertifikasiyasını təşkil etməkdir.

Sazişin şərtlərinə əsasən Beynəlxalq Təlim və Layihə Mərkəzində Azərbaycan dilində tədris edilən Maliyyə  və Mühasibatlıq, İdarəetmə Uçotu, Vergi Uçotu, Audit, habelə Beynəlxalq Maliyyə Hesabatı Standartları kurslarının nəticəsində keçirilən Sertifikatlaşdırıcı imtahanlar və təlimlər məhz Azərbaycan Respublikası Auditorlar Palatası ilə birgə təşkil ediləcək və imtahanlarda uğur qazanan namizədlər Azərbaycan Respublikası Auditorlar Palatası adından Beynəlxalq Sertifikat və Diplomlarla təltif ediləcəklər.