Auditorlar Palatasının üzvlərinin qarşılaşdığı problemlərin operativ həll edilməsi, auditor xidməti sifarişçilərinə göstərilən auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi, müstəqil auditə ictimai etimadın və auditor peşəsinin cəmiyyətdəki nüfuzunun artırılması, habelə Auditorların yeni qüvvəyə minmiş Peşə Etikası Məcəlləsinin tələblərinə əməl olunması zərurətinə və haqsız rəqabət hallarına, ƏL/TM-ə qarşı mübarizə yollarına dair 2025-ci ilin 14 mart tarixində saat 1200-da Palata tərəfindən “Auditorun səsi” mövzusunda onlayn müzakirə təşkil ediləcəkdir.
Məlumat üçün bildiririk ki, onlayn müzakirədə Auditorlar Palatasının struktur bölmələrinin rəhbərləri də iştirak edəcək, Sizləri maraqlandıran sualları cavablandıracaqlar.
Sizə tövsiyə edirik ki, həmin tədbirdə fəal iştirak edəsiniz.
Tədbirə aşağıdakı linklə qoşula bilərsiniz:
https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09
Əlaqələndirici şəxs: İctimaiyyətlə əlaqə və informasiya şöbəsinin müdir müavini - Nigar Əlisoy (070 655-58-58).