
10 mart tarixində Bakı şəhərində anadan olmuşdur
2005-2014-cü illərdə Bakı şəhəri 271 nömrəli orta ümumtəhsil məktəbində təhsil almışdır
2014-cü ildə Akadamik Zərifə Əliyeva adına liseyə qəbul olmuş, 2017-ci ildə liseyi bitirmişdir.
2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və mühasibat uçotu” fakültəsinin “Maliyyə” ixtisasına daxil olmuş və 2020-ci ildə Bakalavr təhsilini bitirmişdir
2018-ci il sentyabrın 17-dən 2020-ci ilin sonunadək Azərbaycan Respublikası Auditorlar Palatasının İnformasiya texnologiyaları üzrə mütəxəssis vəzifəsində çalışmışdır.
2020-ci ildə Auditorlar Palatasının sədri tərəfindən Ölkədə auditin inkişafında, auditor peşəsinin nüfuzunun yüksəldilməsindəki xidmətlərinə və Palatanın ictimai həyatında fəal iştirakına görə “Fəxri Fərman”la təltif edilmişdir
2021-ci ilin yanvar ayında Auditorlar Palatasının İctiamiyyətlə əlaqə və informasiya şöbəsinə müdir müavini, oktyabrın 4-də Audit sistemində icra intizamına nəzarət şöbəsinə müdir təyin olunmuşdur.
2026-cı ilin 05 may tarixində Palata sədrinin əmrinə əsasən Audit sistemində icra intizamına nəzarət şöbəsinin müdir vəzifəsindən azad edilərək, Xüsusi Auditlər, Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, Daxili Nəzarət və Forenzik Təhlillər İdarəsinin Daxili nəzarət və Komplayens şöbəsinə müdir təyin olunmuşdur.
2018-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.