Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 fevral tarixli 477 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı” Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə ölkəmizin müvafiq qurumlarının, habelə xarici ölkələrin (İsrail, Pakistan, Latviya) audit və mühasibatlıq qurumlarının rəhbərləri və ƏL/TMM üzrə mütəxəssislərinin iştirakı ilə 2025-ci ilin 23 may tarixində “Fairmont Baku” otelində (Ünvan: Bakı şəh., Mehdi Hüseyn küç. 1A) “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcəkdir.
Beynəlxalq konfransın ikinci günü, 24 may tarixində xarici mütəxəssislər və ölkəmizin nəzarət orqanlarının nümayəndələri, habelə mühasiblər və auditorlar arasında ƏL/TMM sahəsində təcrübə mübadiləsi aparılacaqdır.
Əlaqələndirici şəxs: Sədrin müşaviri – Fəqan Qarayev; e-mail: audit-azerbaiijan@audit.gov.az; mob: 055 727 74 77