2025-ci il 02 iyun tarixində Auditorlar Palatasında rəsm müsabiqəsində iştirak etmiş Palatanın həmkarlar ittifaqı üzvlərinin övladlarının mükafatlandırılması məqsədilə tədbir keçirilmişdir

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin 2025-ci il 23 aprel tarixli 28 nömrəli “İttifaq üzvlərinin 6-15 yaşlı övladları(nəvələri) arasında Qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunmuş “Ekologiya-mənim fırçamda” mövzusunda keçirilmiş rəsm müsabiqəsinin yekunları barədə” qərarına uyğun olaraq 2025-ci il 2 iyun tarixində Auditorlar Palatasında rəsm müsabiqəsində iştirak etmiş Palatnın həmkarlar ittifaqı üzvlərinin övladlarının mükafatlandırılması məqsədilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Auditorlar Palatasının sədri, professor Vahid Novruzov açaraq ADİİXİHİRK tərəfindən  belə bir rəsm müsabiqəsinin keçirilməsinin əhəmiyyətindən danışaraq yüksək dəyərləndirmişdir. V.Novruzov eyni zamanda belə bir tədbirin “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”ndə keçirilməsini xüsusi vurğulayaraq dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da bu gün yüksək səviyyədə qeyd edilir. Ölkəmizdə uşaqlarla bağlı siyasətin əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyularaq həmin illərdə ən məhsuldar və uşaqlarla bağlı problemlərin həllini özündə əks etdirən qanunlar, dövlət proqramları və tədbirlər planı qəbul edilmişdir. Ulu Öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaqların sağlam, firavan, Vətənə layiqli övladlar kimi böyüməsi, onların rifahının yüksəldilməsi, hüquq və maraqlarının müdafiəsi, habelə uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi şəraitin yaradılmasından bəhs etdi.

Sonra V.Novruzov belə bir rəsm müsabiqəsində iştirak edən həmkarlar ittifaqı üzvlərinin övladları Əkbərzadə Mədinə Elçin qızı və Talıbova Maya Rəşad qızının bu müsabiqədə fəallıqları ilə fərqləndiklərinə görə onları və valideynlərini təbrik etdi.

Tədbirdə həmçinin Palatanın sədr müavini Fəxrəddin İsmayılov, İcraçı direktor, HİK sədri Səbuhi Gülməmmədov və Palatanın struktur bölmələrinin rəhbərləri çıxış edərək müsabiqə iştirakçılarına öz təbriklərini çatdırmışlar.

Müsabiqədə iştirak edən uşaqların valideynləri də öz növbəsində çıxış edərək tədbirə görə təşəkkürlərini bildirdilər və dövlətimizin daim uşaqlara göstərdiyi qayğılardan bəhs etdilər.

Sonda müsabiqədə fəallığı ilə fərqlənən uşaqlara ADİİXİHİRK-nin təşəkkürnaməsi və pul mükafatı təqdim edilmiş, xatirə şəkilləri çəkilmişdir.