AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

2017-03-31


2017-ci il 31 mart tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının növbəti Şura iclası keçirilmişdir. Şura üzvlərinin və Palata Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi Şura iclasında aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:

1. Auditorlar Palatasının 2016-ci il üzrə fəaliyyətinin nəticələrinə dair hesabatın müzakirəsi

2. Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin tövsiyə olunan minimum hədləri barədə

3. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında komitələrin əsasnamələrinin, 2017-ci il üzrə iş planlarının və tərkiblərinin təsdiq edilməsi barədə

4. Kiçik və orta müəssisələrin auditində beynəlxalq audit standartlarının tətbiqinə dair təlimat barədə