2025-ci il 13 iyun tarixində Auditorlar Palatasının üzvü “Forum” məhdud məsuliyyətli auditor müəssisəsinin auditoru Abdullayev Yaqub Həsən oğlunun 60 illik yubileyi qeyd edilib.

 Tədbirdə Auditorlar Palatasının sədr müavini Fəxrəddin İsmayılov yubilyarı  Auditorlar Palatasının Şurası, kollektivi və üzvləri adından təbrik etdi, Yaqub Abdullayevin keçdiyi şərəfli həyat və fəaliyyəti haqqında danışdı.Tədbirdə Auditorlar Palatasının struktur bölmələrinin rəhbərləri iştirak etdi və onlar da yubilyara öz ürək sözlərini söylədilər. Sonda yubilyara hazırlanmış ünvan oxundu, hədiyyə təqdim olundu, onun fəaliyyəti yüksək qiymətləndirildi və xatirə şəkili çəkildi.

  

 

Qalareya