2025-ci il 13 iyun tarixində Auditorlar Palatasının üzvü “PRO AUDİT” məhdud məsuliyyətli cəmiyyəti direktor-auditoru Hüseynzadə Dəyanət Telman oğlunun 50 illik yubileyi qeyd edilib.
Tədbirdə Auditorlar Palatasının sədr müavini Fəxrəddin İsmayılov yubilyarı Auditorlar Palatasının Şurası, kollektivi və üzvləri adından təbrik etdi, Dəyanət Hüseynzadənin keçdiyi şərəfli həyat və fəaliyyəti haqqında danışdı.Tədbirdə Auditorlar Palatasının struktur bölmələrinin rəhbərləri iştirak etdi və onlar da yubilyara öz ürək sözlərini söylədilər. Sonda yubilyara hazırlanmış ünvan oxundu, hədiyyə təqdim olundu, onun fəaliyyəti yüksək qiymətləndirildi və xatirə şəkili çəkildi.

Qalareya