Auditorlar Palatasında “600 saylı (düzəliş edilmiş) BAS "Xüsusi mülahizələr-qrup maliyyə hesabatlarının auditi" və 600 saylı (düzəliş edilmiş)  BAS-dan irəli gələn digər standartlara edilən müvafiq və məntiqli düzəlişlərə dair şərh barədə” seminar keçirilib

Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının “600 saylı (düzəliş edilmiş) BAS və ondan nirəli gələn digər standartlara edilən düzəlişlərə dair şərh barədə” 2025-ci il 23 aprel tarixli 375/4 nömrəli qərarının icrasını təmin etmək məqsədilə Auditorlar Palatasında 2025-ci ilin 19 iyun tarixində “600 saylı (düzəliş edilmiş) BAS "Xüsusi mülahizələr-qrup maliyyə hesabatlarının auditi" və 600 saylı(düzəliş edilmiş) BAS-dan irəli gələn digər standartlara edilən müvafiq və məntiqli düzəlişlərə dair şərh barədə”  (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov) seminar keçirilmişdir.

Moderator Q.Bayramov dinləyicilər qismində iştrka edən Auditorlar Palatasının əməkdaşalrını və üzvlərini salamlayıb “600 saylı (düzəliş edilmiş) BAS "Xüsusi mülahizələr-qrup maliyyə hesabatlarının auditi" və 600 saylı(düzəliş edilmiş) BAS-dan irəli gələn digər standartlara edilən müvafiq və məntiqli düzəlişlərə dair şərh barədə” məlumat verərək bildirdi ki, bu şərh 600 saylı (düzəliş edilmiş) BAS-ı əharə edir və onun aydınlaşdırma tələb edən paraqraflarını açıqlayır. Şərh mütləq şəkildə həmin standartın kontekstində oxunmalıdır. Standartın aşağıdakı paraqrafları şərh tələb etmir və standartın əsas mətnindən istifadə olunmalıdır:

  - Qüvvəyə minmə tarixi (Paraqraf 12);

   - Məqsədlər (Paraqraf 13);

   - Anlayışlar (Paraqraf 14).

Beynəlxalq audit standartları (BAS) qrup maliyyə hesabatlarının auditinə (qrup auditi) tətbiq olunur. Bu BAS qrup auditinə şamil olunan xüsusi mülahizələrə, o cümlədən bölmə auditorları cəlb edildiyi hallara aiddir. BAS-da qeyd edilən tələblər və təlimatlar digər müvafiq BAS-ların, xüsusən 220 saylı (düzəliş edilmiş) BAS-ın, 230 saylı BAS-ın, 300 saylı BAS-ın, 315 saylı (2019-cu ildə düzəliş edilmiş) BAS-ın,  330 saylı BAS-ın qrup auditinə tətbiq olunmasına istinad edir və ya onları əhatə edir.

Bu BAS həmçinin, 220 saylı (düzəliş edilmiş) BAS-da qeyd edilən tələblərin və təlimatların, o cümlədən bölmə auditorlarına rəhbərlik və nəzarət edilməsi və onların işlərinin təhlil edilməsi üçün olanların tətbiq edilməsinə qrupun tapşırıq üzrə tərəfdaşı və ya qrup auditoru üçün xüsusi mülahizələr əhatə edilir.

1 saylı BKİS tapşırığın keyfiyyətinin təhlil edilməsi tələb olunan tapşırıqları əhatə edir. 2 saylı BKİS tapşırığın keyfiyyəti üzrə müşahidəçi-ekspertin təyin edilməsi və uyğunluğunu, habelə qrup auditi üçün də daxil olmaqla, tapşırığın keyfiyyətinin təhlilinin yerinə yetirilməsi və sənədləşdirilməsi ilə bağlı tapşırığın keyfiyyəti üzrə müşahidəçi-ekspertin məsuliyyətlərini əhatə edir.

 Qrup maliyyə hesabatlarına 14(k) paraqrafında təsvir olunduğu kimi konsolidasiya prosesi vasitəsilə birdən çox müəssisə və ya struktur vahidinin maliyyə məlumatları daxil edilir. Bu BAS-da istifadə edilən “konsolidasiya prosesi” termini təkcə maliyyə hesabatlarının tətbiq olunan çərçivələrinə uyğun olaraq konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanmasına deyil, həm də birləşdirilmiş maliyyə hesabatlarının təqdim edilməsinə və müəssisələrin və ya filiallar və ya bölmələr kimi struktur vahidlərinin məlumatlarının ümumiləşdirilməsinə şamil olunur.

Müəssisə və ya qrupun struktur vahidi həmçinin əhatə etdiyi müəssisə və ya struktur vahidlərinin (yəni, alt qrup) maliyyə məlumatlarını daxil edən öz qrupun maliyyə hesabatlarını hazırlaya bilər. Bu BAS qanun və qaydaların tələblərinə riayət etmək üçün və ya digər səbəblərə görə aparılan bu cür alt qrupların qrup maliyyə hesabatlarının auditinə şamil olunur.

Sonra Q.Bayramov şərh barədə geniş və ətraflı çıxış etmək üçün  sözü Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbova verdi. Nəcəf Talıbov çıxış edərək bildirdi ki, 220 saylı (düzəliş edilmiş) BAS-da izah edildiyi kimi, tapşırıq qrupuna başqa şirkətdən olan şəxslər daxil edildikdə qrup auditi olmayan maliyyə hesabatlarının auditində də şəraitə uyğunlaşdırılmış bu BAS məqsədəuyğun ola bilər.

Qrup müxtəlif yollarla təşkil edilə bilər. Məsələn, qrup hüquqi və ya digər şəxslər tərəfindən təşkil edilə bilər (məs., ana müəssisə, bir və ya bir neçə törəmə müəssisə, birgə müəssisələr, yaxud iştirak payı metodu ilə uçota alınan investisiyalar). Alternativ olaraq, qrup coğrafi mövqeyə, digər iqtisadi vahidlərə (o cümlədən filiallar və ya bölmələr), yaxud funksiyalara və ya təsərrüfat fəaliyyətlərinə uyğun olaraq təşkil edilə bilər.

Qrup auditoru qrup maliyyə hesabatlarının əhəmiyyətli təhrifləri ilə bağlı qiymətləndirilmiş risklərə qarşı tədbir görmək üçün audit prosedurlarının planlaşdırılmasına və yerinə yetirilməsinə müvafiq yanaşmanı müəyyən edir. Bu məqsədlə qrup auditoru audit işinin yerinə yetiriləcəyi bölməni müəyyən edərkən peşəkar mühakimə yürüdür.

220 saylı (düzəliş edilmiş) BAS-ın tələblərinə uyğun olaraq, tapşırıq üzrə tərəfdaş əmin olmalıdır ki, tapşırığın yerinə yetirilməsi üçün yetərli və müvafiq resurslar vaxtında ayrılmışdır və ya tapşırıq qrupuna təqdim edilmişdir.

Qrup auditoru bu BAS-ın tələblərinə riayət etmək məqsədilə məlumat vermək və ya audit işini yerinə yetirmək üçün bölmə auditorlarını işə cəlb edə bilər. Qrup auditoruna nisbətən bölmə auditorları bölmələr və onların mühitləri (o cümlədən yerli qanun və qaydalar, biznes praktikası, dil və mədəniyyət) ilə bağlı daha böyük təcrübəyə və daha dərin biliyə malik ola bilər.

Audit riski funksiyası əhəmiyyətli təhrif risklərinin və aşkarlanmama riskinin müəyyən edilməsi təhlükəsidir. Qrup auditində aşkarlamama riski bölmə auditorunun qrup maliyyə hesabatlarında əhəmiyyətli təhriflərə səbəb ola biləcək bölmənin maliyyə məlumatlarında təhrifi aşkar edə bilməməsi və qrup auditorunun bu təhrifi aşkar edə bilməməsi riskini əhatə edir.

200 saylı BAS-ın tələblərinə uyğun olaraq, tapşırıq qrupu qrup auditinin planlaşdırılmasında və yerinə yetirilməsində peşəkar inamsızlıq tətbiq etməli və peşəkar mühakimə yürütməlidir.

Bu BAS ölçüsündən və mürəkkəbliyindən asılı olmayaraq bütün qrup auditləri üçün nəzərdə tutulub. Bununla belə, bu BAS-ın tələblərinin hər bir qrup auditinin xüsusiyyəti və şəraiti kontekstində tətbiq edilməsi nəzərdə tutulur.

Bu BAS-ın tələblərinə riayətetmə üçün son nəticədə məsuliyyəti və buna görə də cavabdehliyi qrupun tapşırıq üzrə tərəfdaşı daşıyır.

220 saylı (düzəliş edilmiş) BAS-a uyğun olaraq, qrupun tapşırıq üzrə tərəfdaşdan qrupun audit tapşırığının idarə edilməsi və keyfiyyətə nail olunması üçün ümumi məsuliyyəti öz üzərinə götürməsi tələb olunur. Bunu edərkən, qrupun tapşırıq üzrə tərəfdaşı aşağıdakı tələblərə cavab verməlidir:

(a) işçi qrupu üzvlərinin davranışına xüsusi diqqət yetirməklə, audit tapşırığı üçün mühitin yaradılmasına görə məsuliyyət daşımalıdır.

(b) qrupun audit tapşırığına, o cümlədən bölmə auditorlarının işinə yetərli və müvafiq şəkildə cəlb olunmaq ki, qrupun audit tapşırığının xüsusiyyəti və şərtləri nəzərə alınmaqla qrupun tapşırıq üzrə tərəfdaşının yürüdülmüş əhəmiyyətli mühakimələrin və əldə edilmiş nəticələrin məqsədəuyğun olub-olmadığını müəyyən etmək üçün əsası olsun.

Qrupun audit tapşırığını qəbul etməzdən və ya davam etdirməzdən əvvəl qrupun tapşırıq üzrə tərəfdaşı qrup maliyyə hesabatları üzrə formalaşdırılan rəyi əsaslandırmaq üçün yetərli müvafiq audit sübutlarının əldə edilməsinin gözlənilə biləcəyinin ağlabatan olub-olmamasını müəyyən etməlidir.

Qrupun audit tapşırığının qəbul edilməsindən və ya davam etdirilməsindən sonra qrupun tapşırıq üzrə tərəfdaşı yetərli müvafiq audit sübutlarının əldə edilə bilməyəcəyi qənaətinə gələrsə, qrupun tapşırıq üzrə tərəfdaşı bunun qrup auditinə mümkün təsirləri nəzərdən keçirməlidir.

210 saylı BAS-ın tələblərinə uyğun olaraq, qrup auditoru qrup rəhbərliyindən tapşırıq qrupunu aşağıdakılarla təmin etmək üçün öz məsuliyyətini qəbul etməsi və başa düşməsi barədə razılığını almalıdır:

  1. qrup rəhbərliyinə məlum olan mühasibat uçotu materialları, sənədləşdirilmə və digər məsələlər kimi qrup maliyyə hesabatlarının hazırlanmasına aid olan bütün məlumatlara çıxış;
  2. qrup auditi məqsədilə tapşırıq qrupunun qrup rəhbərliyindən və ya bölmə rəhbərliyindən istəyə biləcəyi əlavə məlumatlar; habelə
  3. tapşırıq qrupu audit sübutlarının onlardan əldə edilməsinin zəruri olduğunu müəyyən etdiyi qrup daxilindəki şəxslərə məhdudiyyətsiz çıxış.

300 saylı BAS-ın tələblərinə uyğun olaraq, qrup auditoru qrup auditinin ümumi strategiyasını və qrup auditinin planını müəyyən etməli və zəruri hallarda yenilənməlidir. Bu zaman qrup auditoru aşağıdakıları müəyyən etməlidir:

220 saylı (düzəliş edilmiş) BAS-a uyğun olaraq, qrupun tapşırıq üzrə tərəfdaşı aşağıdakıları etməlidir:

(a)       bölmə auditorlarının bölmədə təyin edilmiş audit prosedurlarını yerinə yetirmək üçün yetərli vaxt da daxil olmaqla, müvafiq səriştə və bacarıqlara malik olduğunu müəyyən etmək; habelə

(b) bölmə auditoru ilə bağlı monitorinq və remediasiya prosesinin və ya kənar yoxlamaların nəticələri barədə məlumatlar qrup auditorunun şirkəti tərəfindən təqdim edildiyi və ya qrupun tapşırıq üzrə tərəfdaşına başqa şəkildə çatdırıldığı halda, bu məlumatların 26(a) paraqrafında qeyd edildiyi kimi qrup auditoru tərəfindən müəyyən edilməsi üçün uyğunluğunu müəyyən etmək.

220 saylı (düzəliş edilmiş) BAS-a uyğun olaraq, qrupun tapşırıq üzrə tərəfdaşı aşağıdakıları nəzərə almaqla, bölmə auditorlarına rəhbərlik və nəzarət edilməsinin xüsusiyyəti, müddəti və həcminə, həmçinin onların işinin təhlil edilməsinə görə məsuliyyət daşımalıdır:

(a) qrup maliyyə hesabatlarının əhəmiyyətli təhrif risklərinin daha yüksək olduğu kimi qiymətləndirilmiş sahələr və ya 315 saylı  (2019-cu ildə düzəliş edilmişdir) BAS-a uyğun olaraq müəyyən edilmiş əhəmiyyətli risklər; habelə

(b) Qrup maliyyə hesabatlarının auditində əhəmiyyətli mühakimənin yürüdülməsini tələb edən sahələr.

315 saylı (2019-cu ildə düzəliş edilmiş) BAS-a uyğun olaraq, 30-cu maddədə əldə edilmiş anlayışa əsasən, qrup auditoru qrupun maliyyə hesabatlarında, o cümlədən konsolidasiya prosesi ilə bağlı əhəmiyyətli təhrif risklərinin müəyyən edilməsi və qiymətləndirilməsinə görə məsuliyyət daşımalıdır.

320 saylı BAS-ın və 450 saylı BAS-ın tələblərinə uyğun olaraq, qrup maliyyə hesabatlarında əməliyyat kateqoriyaları, hesab qalıqları və ya açıqlamalar bölmələr üzrə bölündükdə, audit prosedurlarının planlaşdırılması və yerinə yetirilməsi məqsədilə qrup auditoru aşağıdakıları müəyyən etməlidir:

330 saylı BAS-ın tələblərinə uyğun olaraq, qrup auditoru yerinə yetiriləcək əlavə audit prosedurlarının xüsusiyyəti, müddəti və həcmi, o cümlədən əlavə audit prosedurlarının hansı bölmələrdə keçiriləcəyinin müəyyən edilməsi və həmin bölmələrdə yerinə yetiriləcək işin xarakteri, vaxtı və həcminin müəyyən edilməsi də daxil olmaqla, həyata keçiriləcək işin xüsusiyyəti, müddəti və həcminə görə məsuliyyət daşımalıdır.

Qrup auditoru konsolidasiya prosesindən irəli gələn qrup maliyyə hesabatlarının əhəmiyyətli təhrifləri ilə bağlı qiymətləndirilmiş risklərə qarşı cavab tədbirləri görmək üçün əlavə audit prosedurlarının işlənib hazırlanması və yerinə yetirilməsinə görə məsuliyyət daşımalıdır.

Müəssisə və ya struktur vahidinin maliyyə məlumatları qrup maliyyə hesabatlarına şamil olunanla eyni uçot siyasətlərinə uyğun hazırlanmadığı halda, qrup auditoru maliyyə məlumatlarına qrup maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi məqsədilə müvafiq qaydada düzəliş edilib-edilmədiyini qiymətləndirməlidir.

Qrup auditoru bölmə auditorundan tələb etməlidir ki, qrup auditorunun qrup auditi ilə bağlı gəldiyi nəticəyə aid olan məsələlər barədə məlumat versin.

560 saylı BAS-ın tələblərinə uyğun olaraq, qrup auditoru qrup maliyyə hesabatlarında düzəlişlərin edilməsini və ya məlumatların açıqlanmasını tələb edə biləcək hadisələri müəyyən etmək üçün nəzərdə tutulmuş prosedurların yerinə yetirilməsi, o cümlədən müvafiq hallarda, bölmə auditorlarından bu cür prosedurları yerinə yetirmələrini tələb etməyə görə məsuliyyət daşımalıdır.

Qrup maliyyə hesabatları üzrə auditor hesabatında, qanun və ya qaydalarla belə istinadın daxil edilməsi tələb edilmədiyi halda, bölmə auditoruna istinad edilməməlidir. Əgər belə bir istinad qanun və ya qaydalarla tələb olunarsa, auditor hesabatında qeyd edilməlidir ki, bu istinad qrupun tapşırıq üzrə tərəfdaşının və ya qrupun tapşırıq üzrə tərəfdaşı işlədiyi şirkətin qrup auditorunun rəyinə görə məsuliyyətini azaltmır.

Qrup auditoru auditin planlaşdırılmış həcmi və müddəti, o cümlədən qrupun bölmələrində görüləcək işlərin icmalı barədə qrup rəhbərliyinə məlumat verməlidir.

230 saylı BAS-ın tələblərinə uyğun olaraq, qrupun audit tapşırığı üçün audit sənədləşdirilməsi bu auditlə əvvəllər heç bir əlaqəsi olmayan təcrübəli auditorun yerinə yetirilən audit prosedurlarının xüsusiyyəti, müddəti və həcmi, əldə edilmiş sübutlar və qrup auditi aparılarkən ortaya çıxan əhəmiyyətli məsələlərlə bağlı əldə edilmiş nəticələr barədə anlayış əldə edə bilməsi üçün yetərli olmalıdır. 230 saylı BAS-ın tələblərinə uyğun olaraq, qrup auditoru audit sənədləşdirilməsinə aşağıdakıları daxil etməlidir:

-Bölmə auditorunun audit sənədləşdirməsinə çıxış məhdudlaşdırıldıqda əlavə mülahizələr;

- Qrup auditoru tərəfindən bölmələrin müəyyən edilməsi üçün əsas;

- Qrup auditoru tərəfindən bölmə auditorlarının səriştə və bacarıqlarının müəyyən edilməsi üçün əsaslar;

- Bölmə auditorlarına rəhbərlik və nəzarət etmənin və onların işinin təhlilinin sənədləşdirilməsi.

 Seminarın sonunda dinləyicilərin sualları cavablandırıldı.

Seminarda Auditorlar Palatasının üzvləri olan 100 nəfər auditor təşkilatlarının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştrak etmişdir.

 

 

Azərbaycan Respublikasının Auditorlar Palatası