Auditorlar Palatasının üzvlərinin qarşılaşdığı problemlərin operativ həll edilməsi, auditor xidməti sifarişçilərinə göstərilən auditor xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, müstəqil auditə içtimai etimadın və auditor peşəsinin cəmiyyətdəki nüfuzunun artırılması, habelə Beynəlxalq Audit Standartlarının və Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) tələblərinə əməl olunması zərurətinə, haqsız rəqabət hallarına, korrupsiyaya və ƏL/TM-ə qarşı mübarizə yollarına dair 2025-ci ilin 24 iyun tarixində saat 12:00-da Plalata tərəfindən “Auditorun səsi” mövzusunda onlayn müzakirə təşkil ediləcəkdir.
Məlumat üçün bildiririk ki, onlayn müzakirədə Auditorlar Palatasının struktur bölmələrinin rəhbərləri də iştirak edəcək, Sizləri maraqlandıran sualları cavablandıracaqlar.
Sizə tövsiyə edirik ki, həmin tədbirdə fəal iştirak edəsiniz.
Tədbirə aşağıdakı linklə qoşula bilərsiniz:
https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09