Qazaxıstan Respublikası Auditorlar Palatası Şurasının sədri tərəfindən 27 Sentyabr – Anım Günü ilə bağlı Azərbaycan Respublikasının Auditorlar Palatasının sədrinə məktub ünvanlanıb

Qazaxıstan Respublikasının auditor cəmiyyəti adından, Qazaxıstan Respublikası Auditorlar Palatası Şurasının sədri, Maliyyə Nazirliyinin İctimai Şurasının üzvü, Avrasiya Sertifikatlı Mühasiblər və Auditorlar Şurası «ECCБA» İctimai Birliyinin İdarə Heyətinin sədri, Auditorlar və Mühasiblər Peşəkar Birliyinin Keyfiyyətə Nəzarət Komitəsinin üzvü, Qazaxıstan Respublikasının əməkdar xadimi, professor Sapar Koşkimbayev tərəfindən 27 Sentyabr – Anım Günü ilə bağlı Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri Vahid Novruzova məktub ünvanlanıb.

Məktubda deyilir: (ƏLAVƏ OLUNUR)   (ENG)

 

Hörmətli Vahid Tapdıq oğlu!

Əziz dostlar – Azərbaycan Auditorlar Palatasının auditorları!

Qazaxıstan Respublikasının bütün auditor ictimaiyyəti adından Sentyabrın 27-də Azərbaycanda qeyd olunan Anım Günündə Sizə ən səmimi hörmət, həmrəylik və dəstəyimizi bildiririk.

Bu tarix yalnız Azərbaycan xalqı üçün deyil, həm də sülhü, azadlığı və müstəqilliyi yüksək dəyərləndirən hər kəs üçün dərin mənə daşıyır. Biz Sizinlə birlikdə şəhidlərin xatirəsini anır, ölkənizin üzərinə düşən çətinliklərə şərik olur və Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi və cəmiyyətin inkişafı yolundakı qələbələrinə, nailiyyətlərinə və uğurlarına ürəkdən sevinirik.

Qazaxıstan və Azərbaycan çoxillik dostluq, qardaşlıq telləri və qarşılıqlı hörmətlə birləşir. Peşəkar təşkilatlarımız və ekspert icmalarımız uzun illərdir ki, səmərəli əməkdaşlıq edir, təcrübə mübadiləsi aparır və daim bir-birini dəstəkləyirlər. Biz bu birliyi yüksək qiymətləndiririk və tərəfdaşlığımızın gələcəkdə daha da möhkəmlənəcəyinə əminik.

Qazaxıstan auditor ictimaiyyəti belə taleyüklü və mühüm günlərdə Azərbaycan xalqının yanında ola bilməkdən qürur duyur.

Azərbaycan üçün açıq və sakit səma, hər evə xoşbəxtlik və firavanlıq, ölkə rəhbərlərinə sağlamlıq və müdriklik, gənc nəsilə isə iman, ilham və parlaq gələcək arzulayırıq.

Şəhid qəhrəmanların əziz xatirəsi qarşısında baş əyirik, xalqınıza sülh və rifah diləyirik!

Yaşa, Azərbaycan!