Azərbaycan Respublikası Auditorlar Palatasının 2025-ci il üzrə İş Planının 5.9-cu “ƏL/TMM üzrə monitorinqlərin aparılmasına dair müfəttişlər üçün ixtisasartırma kurslarınınn keçirilməsi” bəndinə dair Plan-proqramın 3-cü “Sahəvi və institusional risk qiymətləndirilməsi” bəndinə uyğun olaraq 2025-ci il 24 sentyabr tarixində Palatada əyanı formada Auditin hüquqi tənzimlənməsi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə idarəsinin rəisi Elnur İbrahimov tərəfindən ƏL/TMM üzrə monitorinqlərin aparılmasında iştirak edən müfəttişlər üçün “Sahəvi və institusional risk qiymətləndirilməsi” mövzusunda təlim (ixtisasartırma kursu) keçirilmişdir.
Təlimdə bütün müfəttişlərin iştirakı təmin edilmiş, monitorinqlər zamanı qarşılaşdıqları aktual problemlərə dair müzakirələr aparılmış və onların sualları cavablandırılmışdır.