Azərbaycan Respublikasının Auditorlar Palatasında “8 Mart Beynəlxalq Qadınlar Bayramı” münasibətilə əməkdaşlarla və üzvlərlə görüş keçilirmişdir
2017-03-07
Azərbaycan Respublikasının Auditorlar Palatasında “8 Mart Beynəlxalq Qadınlar Bayramı” münasibətilə əməkdaşlarla və üzvlərlə görüş keçilirmişdir
2017-ci il 7 mart tarixində Azərbaycan Respublikasının Auditorlar Palatasında “8 Mart Beynəlxalq Qadınlar Bayramı” münasibətilə əməkdaşlarla və üzvlərlə görüş keçilirmişdir. Görüşdə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov çıxış edərək xanımları bayram münasibətilə tədrik etdi və onlara uğurlar arzuladı. Sonra Aparatın rəhbəri Qəşəm Bayramov və Həmkarlar İttifaqı Komitəsinin sədri Səbuhi Gülməmmədov da xanımları təbrik edərək onlara xoş arzularını bildirmişlər.
Tədbirdə ölkəmizdə auditin inkişafında göstərdiyi xidmətə görə EFAA-nın Direktorlar Şurasının üzvü, Auditorlar Palatası Şurası yanında Beynəlxalq əlaqələr və xarici təşkilatlarla iş üzrə komitənin sədri, "L.B. Audit xidməti" məhdud məsuliyyətli cəmiyyətinin direktoru-auditor Lamiyə Bayamova Auditorlar Palatasının “FƏXRİ AUDİTOR” döş nişanı ilə təltif edilmiş və xatirə fotosu çəkilmişdir.