“ Azərbaycan Respublikasının Auditorlar Palatasında 2017-cı il 06 mart tarixində “2017-ci ildə vergi yenilikləri” və 2016-cı ildə aparılan auditlərin Beynəlxalq audit standartlarının tələblərinə uyğunluğunun nəticələri və keyfiyyətə nəzarətə dair iş sənədlərinin hazırlanması və təqdim edilməsi” nə dair seminar kecirilmişdir.
2017-03-07
“Azərbaycan Respublikasının Auditorlar Palatasında 2017-cı il 06 mart tarixində “2017-ci ildə vergi yenilikləri” və 2016-cı ildə aparılan auditlərin Beynəlxalq audit standartlarının tələblərinə uyğunluğunun nəticələri və keyfiyyətə nəzarətə dair iş sənədlərinin hazırlanması və təqdim edilməsi” nə dair seminar kecirilmişdir.
Azərbaycan Respublikası Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov seminarı giriş sözü ilə açaraq müzakirə olunan məsələlərə dair seminar iştirakçılarına qısa məlumat verdi. Daha sonra 2017-ci ildə vergi yenilikləri ilə əlaqədar Azərbaycan Respublikasının Auditorlar Palatası Sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov və 2016-cı ildə aparılan auditlərin Beynəlxalq audit standartlarının tələblərinə uyğunluğunun nəticələri və keyfiyyətə nəzarətə dair iş sənədlərinin hazırlanması və təqdim edilməsi ilə bağlı Auditin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Yaşar Namazəliyev məruzə ilə çıxış etdilər.
Çıxışlardan sonra hər iki məsələ üzrə auditorlarla geniş müzakirələr aparıldı.