
1982-ci il yanvar ayının 27-də Bakı şəhərində anadan olmuşdur.
1988-1998-cü illərdə Bakı şəhəri 135 nömrəli orta ümumtəhsil məktəbində təhsil almışdır.
1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin “Turizm və sosial-mədəni servis” fakültəsinə daxil olmuş və 2003-cü ildə bakalavr təhsilini bitirmişdir
2011-ci il mart ayının 17-dən 2012-ci il yanvar ayının 05-dək Azərbaycan Respublikası Auditorlar Palatasının Kadr hazırlığı, xarici əlaqələr və nəşriyyat idarəsində aparıcı mütəxəssis vəzifəsində çalışmışdır.
2012-ci il yanvar ayının 05-dən 2013-cü il yanvar ayının 07-dək Kadr hazırlığı, xarici əlaqələr və nəşriyyat idarəsində koordinator vəzifəsində çalışmışdır.
2013-cü il yanvar ayının 07-dən 2018-ci il dekabr ayının 05-dək Analitik informasiya və təhlil şöbəsində müdir vəzifəsində çalışmışdır.
2018-ci il dekabr ayının 05-dən 2022-ci il yanvar ayının 24-dək Auditin keyfiyyətinə nəzarət şöbəsində müdir müavini vəzifəsində çalışmışdır.
2022-ci il yanvar ayının 24-dən 2023-cü yanvar ayının 05-dək Haqsız rəqabətə qarşı mübarizə şöbəsində müdir vəzifəsində çalışmışdır.
2023-cü il yanvar ayının 05-dən hal-hazıradək Haqsız rəqabətə qarşı mübarizə idarəsində idarə rəisi vəzifəsində çalışır.
2021-ci ildə Auditorlar Palatasının sədri tərəfindən Ölkədə auditin inkişafında, auditor peşəsinin nüfuzunun yüksəldilməsindəki xidmətlərinə və Palatanın ictimai həyatında fəal iştirakına görə “Fəxri Fərman”la təltif edilmişdir.
Ailəlidir 2 övladı var.
2011-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.