Orucov Barat Siyavuş oğlu

1998 - ci il fevralın 5-də Bakı şəhərində anadan olmuşdur.

2004 – 2008 - ci illərdə Bakı şəhəri 286 saylı orta məktəbdə təhsil almışdır.

2008 - ci ildə Gənc İstedadlar liseyine qəbul olmuş, 2015 - ci ildə liseyi bitirmişdir.
2015 - ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Energetika” fakültəsinin “Elektroenergetika” ixtisasına daxil olmuş və 2019-cu ildə bakalavr təhsilini bitirmişdir.

2019 - cu ildə Rumıniyanın ASE universitetinin “Master in Business Communication” ixtisasına daxil olmuş və 2021-ci ildə magistratura pilləsini bitirmişdir.

2022 - ci ildə Azərbaycan Respublikasının Auditorlar Palatasının işə qəbul müsabiqəsindən uğurla keçmiş və həmin ildən etibarən aparıcı mütəxəssis, şöbə müdiri, idarə rəisinin müavini və idarə rəisi vəzifəsini icra edən vəzifələrində çalışmışdır.  
Hal-hazırda Auditorlar Palatasının Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəis müavini - keyfiyyətin idarə edilməsi şöbəsinin müdiri vəzifələrində çalışır.

Yeni Azərbaycan Partiyasının üzvüdür.