
1971-ci il noyabr ayının 4-də Qərbi Azərbaycanın İrəvan şəhərində müəllim ailəsində anadan olmuşdur.
1978-1988-ci illərdə Gəncə şəhər 9 nömrəli tam orta məktəbində təhsil almışdır.
1988-1993-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının “Mühəndislik” ixtisası üzrə ali təhsil almışdır.
1996-1999-cu illərdə Odlar Yurdu Universitetində “Hüquqşünaslıq” ixtisası üzrə ikinci ali təhsilini tamamlamışdır.
1993-1996-cı illərdə Xanlar rayonu “Hacıməlik kiçik müəssisəsi”ndə mühəndis vəzifəsində çalışmışdır.
1996-1999-cü illərdə Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Birliyində (MKTB)
Nəqliyyat və təchizat sahəsi üzrə mühəndis,
93 saylı MİS-nin rəisi,
98 saylı MİS-in rəisi vəzifələrində fəaliyyət göstərmişdir.
1999-2000-ci illərdə Bakı şəhəri “İnterxal” şirkətində - “Hüquq məsləhətçisi” vəzifəsində çalışmışdır.
2000-2001-ci illərdə Bakı şəhəri İstilik Şəbəkəsində - rəis müavini vəzifəsini icra etmişdir.
2001-2009-cu illərdə Xızı rayonu “Giləzi Yem” ATSC-də - İcraçı direktor vəzifəsində çalışmışdır.
2004-cü ildə-101 saylı Xanlar-Daşkəsən seçki dairəsindən YAP-ın üzvü kimi boş qalan yerlər üzrə deputatlığa namizəd olmuşdur.
2005-ci ildə-102 saylı Samux-Şəmkir seçki dairəsindən YAP-ın üzvü kimi deputatlığa namizəd olmuşdur.
2010-2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri Dövlət Dəmir Yolu Liseydə - Direktor müavini vəzifəsində çalışmışdır.
2012-2013-cü illərdə “Mugan Bank” ASC-nin Neftçilər filialının müdir müavini vəzifəsini icra etmişdir.
2013-2023-cü illərdə “Mugan Bank” ASC-nin 5 Saylı filialının müdiri vəzifəsində fəaliyyətini davam etdirmişdir.
2024-2025-ci illərdə Azərbaycan Respublikası Auditorlar Palatasının – Auditin hüquqi tənzimlənməsi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə idarəsinin baş mütəxəssisi-
Şöbə müdirinin müavini vəzifəsində çalışmışdır.
2025-ci il yanvarın 6-dan etibarən Azərbaycan Respublikası Auditorlar Palatasının Dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin müdiri vəzifəsini icra edir.
1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
2022-ci ildən Qərbi Azərbaycan İcması Nəzarət-Təftiş Komissiyasının üzvü,həmçinin Xətai rayon təşkilatının nümayəndəsidir.
Ailəlidir. İki övladı var.