Azərbaycan Respublikasının Auditorlar Palatasında auditor fəaliyyəti ilə məşğul olmaq hüququ əldə etmiş gələcək auditorların 2017-ci il 8 fevral tarixində andiçmə mərasimi keçirilmişdir

Azərbaycan Respublikasının Auditorlar Palatasında auditor fəaliyyəti ilə məşğul olmaq hüququ əldə etmiş gələcək auditorların 2017-ci il 8 fevral tarixində andiçmə mərasimi keçirilmişdir

2017-02-08

Azərbaycan Respublikasının Auditorlar Palatasında auditor fəaliyyəti ilə məşğul olmaq hüququ əldə etmiş gələcək auditorların 2017-ci il 8 fevral tarixində andiçmə mərasimi keçirilmişdir

Mərasimi giriş sözü ilə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov açaraq iştirakçıları salamladı və tədbirin əhəmiyyətindən danışdı. O, qeyd etdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla reallaşdırılan Azərbaycan iqtisadiyyatının durmadan inkişaf etməsi, ölkədə bir-birindən əzəmətli quruculuq planlarının, o cümlədən sahibkarlığın inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirilməsi, mühüm regional layihələrin reallaşmasında dövlətimizin etibarlı investor kimi iştirak etməsi, büdcə-maliyyə nəzarətinin düzgün təşkili, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin aparılmasına xüsusi önəm verilmişdir. Azərbaycan son 13 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkələr sırasındadır və bunu mötəbər beynəlxalq iqtisadi qurumlar da qeyd edirlər. İqtisadiyyatımızın belə inkişafı bütövlükdə maliyyə nəzarətinin, o cümlədən müstəqil auditin də qarşısında, maliyyə hesabatlığında şəffaflığın təmin edilməsi sahəsində  ciddi vəzifələr yaradır.

Ölkə Prezidentinin yeni dövrün çağırışlarını nəzərə alaraq, audit sistemini yenidən qurmaq, onun təsirliliyini artırmaq və beynəlxalq aləmə inteqrasiyasını gücləndirmək sayəsində tapşırıqlarının reallaşdırılmasında yeni auditorlar nəslinin qarşısında duran vəzifələr bəyan edilmişdir.

Andiçmə mərasimində Beynəlxalq Mühasiblər Fedrasiyasının təsdiq etdiyi Peşəkar Mühasiblərin Etika Məcəlləsinin tələblərinə uyğun olaraq, Auditorlar Palatasının yeni üzvü olan, auditor xidməti hüququ əldə etmiş 12 nəfər mütəxəssis Azərbaycan Respublikasının qanunlarının, beynəlxalq audit standartlarının və digər normativ hüquqi aktların tələblərinə əməl edəcəkləri, peşə vəzifələrini vicdanla, dürüst və qərəzsizcəsinə yerinə yetirəcəklərinə görə təntənəli surətdə and içmişlər.

Mərasimdə auditin ölkəmizin iqtisadi həyatında oynadığı rol təsərrüfat subyektlərinin fəaliyyətində şəffaflığın təmin edilməsində və maliyyə (mühasibat) hesabatlarının qanunvericiliyə müvafiq düzgün tərtib və təqdim edilməsində maraqlı tərəflərin mənafelərinin qorunmasında böyük əhəmiyyət kəsb etdiyi vurğulanmış, bu işdə auditorların üzərinə düşən vəzifələr və onların məsuliyyətləri ön plana çəkilmişdir.   

Tədbirdə Auditorlar Palatasının rəhbərliyi, struktur bölmələrinin rəhbərləri və Palata Şurasının yanında fəaliyyət göstərən komitələrin sədrləri iştirak etmişlər.

Yeni auditorları Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov və Auditorların Peşə Etikası və üzvlük komitəsinin sədri, Sərbəst auditor İbiş Əliyev təbrik etmişlər.

Tədbir başa çatdıqdan sonra iştirakçılarla xatirə şəkli çəkdirilmişdir.