Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu (Institute of Chartered Accountants of Pakistan – ICAP) nəzdində fəaliyyət göstərən Rəqəmsal Təminat və Mühasibatlıq Şurası (Digital Assurance and Accounting Board – DAAB) tərəfindən peşəkar mühasiblər və auditorlar üçün nəzərdə tutulmuş qabaqcıl təlim proqramının növbəti mərhələsi elan edilmişdir.
ICAP-ın flaqman təlim proqramı olan “Robototexnika və Süni İntellekt vasitəsilə Ağıllı Avtomatlaşdırmanın Mənimsənilməsi” (Mastering Intelligent Automation with Robotics & Artificial Intelligence) üzrə 5-ci qrup çərçivəsində ümumilikdə 44 CPD saatı həcmində onlayn təlimlər təşkil olunacaqdır.
Başlama tarixi: 10 yanvar 2026-cı il
Tədris vaxtı: Hər həftə şənbə və bazar günləri, Bakı vaxtı ilə saat 13:00–16:00
Tədris formatı: Onlayn (Zoom platforması)
Təlim proqramı praktiki yönümlü olmaqla iştirakçılara Microsoft Power Automate, UiPath StudioX və Automation Anywhere kimi qabaqcıl alətlərdən istifadə etməklə ağıllı avtomatlaşdırma həllərinin qurulması və tətbiqi üzrə bilik və bacarıqlar qazandırmağı hədəfləyir.
Proqram çərçivəsində audit, vergitutma, ERP sistemləri, uyğunluq (compliance), hesabatlılıq, maliyyə proqnozlaşdırılması və süni intellekt əsaslı qərarvermə sahələrində real praktiki nümunələr üzərində iş aparılacaqdır.
Tədris məzmunu aşağıdakı əsas istiqamətləri əhatə edir:
- Süni intellekt, maşın öyrənməsi və ağıllı avtomatlaşdırmanın əsasları
- RPA üzrə qabaqcıl texnikalar və məlumatların idarə edilməsi
- Vergitutma, ERP sistemləri və sənəd emalının avtomatlaşdırılması
- Süni intellekt əsaslı avtomatlaşdırma və qabaqcıl maliyyə proqnozlaşdırılması
Təlimin dəyəri 500,0 azn təşkil edir.
Təlimdə iştirak etmək istəyən auditor təşkilatlarının rəhbərləri və sərbəst auditorlar qeydiyyat üçün aşağıdakı keçid vasitəsilə müraciət edə bilərlər:
https://member.icap.org.pk/online-registration-for-seminar-workshop/