AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
2017-01-31
2017-ci il 31 yanvar tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının növbəti Şura iclası keçirilmişdir. Şura üzvlərinin və Palata Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi Şura iclasında aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:
1. 2016-cı ildə auditor təşkilatlarının və sərbəst auditorların apardıqları auditin keyfiyyətinə kənar nəzarətin vəziyyətinin təhlili və müvafiq icmalın hazırlanması barədə
2. Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən aparılmış auditlərin keyfiyyətinə kənar nəzarətin həyata keçirilməsi üzrə 2017-cı il üçün Plan-qrafik”in təsdiq edilməsi barədə
3. Keyfiyyətə nəzarətə dair hesabat formasının hazırlanması və təqdim edilməsi barədə
4. Auditorlar Palatasının Şurası yanında Komitələrin sədrlərinin təyin edilməsi barədə
5. Auditor xidməti bazarında haqsız rəqabətin əlamətlərinin müəyyən edilməsi barədə