AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

2016-12-27



2016-cı il 27 dekabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının növbəti Şura iclası keçirilmişdir. Şura üzvlərinin və Palata Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi Şura iclasında aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:

1. Auditorlar Palatasının üzvləri tərəfindən etik davranış qaydalarına riayət olunmasına nəzarət və  bu barədə illik hesabatın hazırlanması

2. Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf Konsepsiyasında (2012-2020-ci illər) nəzərdə tutulan tədbirlərin icrası

3. Məcburi auditdən yayınmanın qarşısının alınması ilə bağlı tədbirlərin görülməsi barədə

4. Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Bolqarıstan Sertifikatlı Maliyyə Mühasibləri İnstitutu arasında Anlaşma Memorandumunun imzalanması barədə

5. Yenilənmiş Beynəlxalq Audit Standartlarının tətbiqi barədə