2016-cı il 09 dekabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasında “MHBS(IFRS) əsasında konsolidə edilmiş maliyyə hesabatarının hazırlanması praktikası”, “Daxili audit və korporativ idarəetmə sistemi” və “Biznesin qiymətləndirilməsi” mövzularında Seminar keçirilmişdir
2016-12-13
2016-cı il 09 dekabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasında “MHBS(IFRS) əsasında konsolidə edilmiş maliyyə hesabatarının hazırlanması praktikası”, “Daxili audit və korporativ idarəetmə sistemi” və “Biznesin qiymətləndirilməsi” mövzularında Seminar keçirilmişdir.
Azərbaycan Respublikasının Auditorlar Palatası “Praysvoterhauskupers Audit Azərbaycan” MMC və “MAK AZƏRBAYCAN LTD” MMC ilə birlikdə 2016-cı il 09 dekabr saat 10:00 tarixində “MHBS(IFRS) əsasında konsolidə edilmiş maliyyə hesabatarının hazırlanması praktikası” “Daxili audit və korporativ idarəetmə sistemi” və “Biznesin qiymətləndirilməsi” mövzularında seminar keçirmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Auditorlar Palatasının Aparatının rəhbəri Qəşəm Bayramov açaraq, ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlara dəstək verilməsi, sahibkarlıq subyektləri tərəfindən maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq standartların tətbiqinin təmin edilməsi və şəffaflığın artırılması sahəsində müəssisə və təşkilatlara metodiki yardım göstərilməsinin zəruriliyi barədə çıxış etmişdir.
Təlim “Praysvoterhauskupers Audit Azərbaycan” MMC-nin nümayəndəsi- Ağayev Tural və Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Milli auditə dəstək üzrə komitəsinin sədri, “MAK AZƏRBAYCAN LTD” MMC-nin direktor-auditoru – Zamin Hüseynov tərəfindən keçirilmişdir.
Təlimdə dövlət, özəl şirkət, müəssisə və təşkilatların mütəxəssisləri iştirak etmişlər. Sonda maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun hazırlanmasının metodologiyası, Milli Mühasibat Uçotu Standartlarına əsasən hazırlanmış maliyyə hesabatlarının İFRS-lərə transferi texnologiyası tədris olunmuş, habelə mühasibat-maliyyə mövzusunda dinləyiciləri maraqlandıran suallar cavablandırılmışdır.