Osmanova Maral Xalid qızı

Osmanova Maral

2002-ci il avqustun 16-da Bakı şəhərində anadan olmuşdur.

2019-cu ildə 160 nömrəli Klassik Gimnaziyanı bitirmişdir.

2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbi fakültəsinin “Mühasibat uçotu və audit” ixtisasına daxil olmuş və 2023-cü ildə bakalavr təhsilini qırmızı diplomla bitirmişdir.

2024-cü ildə Auditorlar Palatasının işə qəbul müsabiqəsindən uğurla keçmiş və həmin ildən etibarən aparıcı mütəxəssis, baş mütəxəssis və idarə rəisinin müavini vəzifələrində fəaliyyət göstərmişdir. Həmin ildə Auditorlar Palatasının əməkdaşlıq etdiyi ACCA (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) beynəlxalq F3 (Maliyyə uçotu) sertifikatını 70 bal nəticə ilə əldə etmişdir.

2025-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarə edilməsi ixtisasının (MBA) “Layihələrin idarə edilməsi” ixtisaslaşmasında magistr təhsilinə başlamışdır.

2026-cı ildən Auditin transformasiyası, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəis müavini, şöbə müdiri vəzifəsində çalışır.

Yeni Azərbaycan Partiyasının üzvüdür.