Məmmədli Bəhruzə Fazil qızı

1991-ci il iyunun 18-də Zəngilan rayonunda anadan olmuşdur.

1998-2009-cu illərdə Bakı şəhəri 99 nömrəli orta ümumtəhsil məktəbində təhsil almışdır.

2009-cu ildə Bakı Biznes Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinə daxil olmuş və 2013-cü ildə bakalavr təhsilini bitirmişdir.

2014-cü il aprelin 14-də Azərbaycan Respublikası Auditorlar Palatasının Keyfiyyətə nəzarət və hüquqi təminat idarəsinin Hüquqi təminat şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə qəbul edilmişdir.

2017-ci il yanvarın 7-də Auditin hüquqi təminatı və dövlət orqanları ilə iş idarəsinin baş mütəxəssisi vəzifəsinə təyin olunmuşdur.

2017-ci il fevralın 2-də Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdur.

2023-2025-ci illərdə Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Etika, mübahisələr, ictimai nəzarətlə əməkdaşlıq və intizam Komissiyasının sədr müavini vəzifəsində çalışmışdır.

2025-ci il yanvarın 6-da Auditin hüquqi tənzimlənməsi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə idarəsinin rəis müavini - Auditin hüquqi tənzimlənməsi şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur.

2025-ci ildən Odlar Yurdu Universitetində “Biznesin təşkili və idarəedilməsi” ixtisası üzrə magistratura pilləsində təhsilini davam etdirir.

2023-cü ildə Auditorlar Palatası tərəfindən “Fəxri Fərman”la təltif edilmişdir.

Hal-hazırda Auditorlar Palatasının Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə və dövlət orqanları ilə iş idarəsinin rəis müavini - Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə şöbəsinin müdiri vəzifəsində çalışır.

Yeni Azərbaycan Partiyasının üzvüdür.