AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
2016-12-05
2016-cı il 5 dekabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının növbəti Şura iclası keçirilmişdir. Şura üzvlərinin və Palata Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi Şura iclasında aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:
1. Azərbaycan Respublikası Auditorlar Palatasının 2017-ci il üzrə iş planı barədə
2. Beynəlxalq Audit Standartlarının tətbiqinə dair auditor təşkilatlarına və sərbəst auditorlara əməli köməklik göstərilməsi barədə
3. Dempinq və haqsız rəqabətə qarşı tədbirlər sisteminin işlənib hazırlanması və tətbiqi barədə
4. Sahəvi audit proqramlarının 4-cü nəşri barədə