Cavadov Vasif Tofiq oğlu

 

1968-cı il yanvarın 7-də Sumqayıt şəhərində anadan olmuşdur.

 1975-1985-ci illərdə 1 nömrəli “Dəmir Yolu” məktəbi təhsil almışdır.

1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Qeyri ərzaq malları əmtəəşunaslığı fakültəsinə daxil olmuş və  1998-ci ildə Bakalavr təhsilini bitirmişdir

 2005-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “İqtisadiyyat və idarəetmə” fakültəsinə daxil olmuş və  2006-ci ildə Bakalavr təhsilini bitirmişdir.

1985-ci il avqustun 16-dan 1989-cu il oktyabrın 05-dək “Bakı Məişət Kondisionerləri Zavodu”nda çalışmışdır.

 1989-cu il dekabrın 01-dən 1991-ci il sentyabrın 02-dək “Azərlayihə İnstitutu”nda çalışmışdır.

1991-ci il sentyabrın 05-dən 1992-ci il sentyabrın 16-dək “Kooperativ Mənzil”də çalışmışdır.

1992-ci il sentyabrın 17-dən 1993-cü il iyulun 11-dəkBakı Qalanteriya Ticarət”də çalışmışdır.

1993-cü il iyulun 12-dən 1994-cü ilin avqustun 22-dək “Cavanşir” kiçik müəssisəsində iqtisadçı kimi fəaliyyət göstərmişdir.

1994-cü il sentyabrın 08-dən 1995-ci il fevralın 01-dək “Azəravtoyol”D.Ş Yol fondu idarəsində mütəxəssis kimi çalışmışdır.

1995-ci il iyulun 18-dən 2002-ci ilin oktyabrın 01-dək “Azərdövlətstandart”da standartlara və məhsulun keyfiyyətinə dövlət nəzarət şöbəsinin standartlaşdırma və metrologiya üzrə mütəxəssis kimi çalışmışdır.

2002-ci il oktyabrın 14-dən 2004-cü ilin dekabrın 28-dək “Enerji” Elm-İstehsalat müəssisəsində mühasib kimi çalışmışdır.

2005-ci il yanvarın 05-dən 2005-ci ilin avqustun 25-dək “Məhəmməd”SC-də mühasib kimi çalışmışdır.

2007-ci il yanvarın 23-dən tarixdən 2011-ci il oktaybrın 30-dək “Kapital Bank” ASC-nin Nərimanov filialıında inkassator, əməliyyat şöbəsində mütəxəssis və kredit-iqtisad bölməsində aparıcı mütəxəssis kimi çalışmışdır.

2019-cu il iyulun 16-dan 2020-ci il yanvarın 07-dək Azərbaycan Respublikası Auditorlar Palatasının  Auditin təşkili, hesabatlılıq və təhlil şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

2020-ci il yanvarın 07-dən 2023-cü ilin 05 yanvaradək Azərbaycan Respublikası Auditorlar Palatasının  Auditin təşkili, hesabatlılıq və informasiya idarəsində rəis kimi çalışmışdır.

2023-cü il 05 yanvar tarixdən 2026-cı il 05 yanvar tarixədək Azərbaycan Respublikası Auditorlar Palatasının  Auditin təşkili və hesabatlılıq idarəsinin rəisi kimi çalışmışdır.

2026-cı ildən Azərbaycan Respublikası Auditorlar Palatasının  Auditin təşkili, hesabatlılıq və icra intizamına nəzarət idarəsinə rəisi təyin olunmuş və hal-hazırda fəaliyyətini davam etdirir

2021-ci ildə  Auditorlar Palatasının sədri tərəfindən Ölkədə auditin inkişafında, auditor peşəsinin nüfuzunun yüksəldilməsindəki xidmətlərinə və Palatanın ictimai həyatında fəal iştirakına görə  “Fəxri Fərman”la və 2023-cü ildə “Fəxri auditor” döş nişanı ilə təltif edilmişdir.

 2019-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 1 övladı var.