2016-cı il 29 noyabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasında “MHBS(IFRS) əsasında konsolidə edilmiş maliyyə hesabatarının hazırlanması praktikası” və “Korporasiyadaxili fırıldaqçılıq və dələduzluqla mübarizə, mühasibat uçot məlumatlarının bilərəkdən təhrif edilməsi əlamətlərinin aşkar olunması” mövzusunda Seminar keçirilmişdir

2016-cı il 29 noyabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasında “MHBS(IFRS) əsasında konsolidə edilmiş maliyyə hesabatarının hazırlanması praktikası” və “Korporasiyadaxili fırıldaqçılıq və dələduzluqla mübarizə, mühasibat uçot məlumatlarının bilərəkdən təhrif edilməsi əlamətlərinin aşkar olunması” mövzusunda Seminar keçirilmişdir

2016-11-29

2016-cı il 29 noyabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasında “MHBS(IFRS) əsasında konsolidə edilmiş maliyyə hesabatarının hazırlanması praktikası” və“Korporasiyadaxili fırıldaqçılıq və dələduzluqla mübarizə, mühasibat uçot məlumatlarının bilərəkdən təhrif edilməsi əlamətlərinin aşkar olunması” mövzusunda Seminar keçirilmişdir

Azərbaycan Respublikasının Auditorlar Palatası “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi” şirkətinin Azərbaycan Respublikasındakı filialı və "Barattson School of Business & Finance"  MMC ilə birlikdə 2016-cı il 29 noyabr tarixində “MHBS(IFRS) əsasında konsolidə edilmiş maliyyə hesabatarının hazırlanması praktikası” və“Korporasiyadaxili fırıldaqçılıq və dələduzluqla mübarizə, mühasibat uçot məlumatlarının bilərəkdən təhrif edilməsi əlamətlərinin aşkar olunması” mövzularında seminar keçirmişdir.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Auditorlar Palatasinın Aparatının rəhbəri Qəşəm Bayramov açaraq, ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlara dəstək verilməsi, sahibkarlıq subyektləri tərəfindən  maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq standartların tətbiqinin təmin edilməsi  və şəffaflığın artırılması sahəsində müəssisə və təşkilatlara metodiki yardım göstərilməsinin zəruriliyi barədə çıxış etmişdir.

Təlim “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi” şirkətinin Azərbaycan Respublikasındakı filialının baş mütəxəssisi- Nizami Yusifli"Barattson School of Business & Finance"  MMC-nin direktoru- Elşən Rəhimov və Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin Elmi-metodik məsələlər üzrə müşaviri – Nəcəf Talıbov tərəfindən aparılmışdır

Təlimdə dövlət, özəl şirkət, müəssisə və təşkilatların mütəxəssisləri  iştirak etmişlər. Sonda maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun hazırlanmasının metodologiyası, Milli Mühasibat Uçotu Standartlarına əsasən hazırlanmış maliyyə hesabatlarının İFRS-lərə transferi texnologiyası tədris olunmuş, habelə mühasibat-maliyyə mövzusunda dinləyiciləri maraqlandıran  suallar  cavablandırılmışdır.

Növbəti seminarın 2016-cı il 09 dekabr tarixlərində saat 10:00-da   Auditorlar Palatasında keçirilməsi nəzərdə tutulmuşdur