Hacızadə Elfirida Səmat qızı

 

2001-ci il oktyabrın 26-da Bakı şəhərində anadan olmuşdur.
2018-ci ildə 308 nömrəli tam orta məktəbi bitirmişdir.

2022-ci ildə Bakı Dövlət Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə bakalavr, 2024-cü ildə Bakı Dövlət Universitetinin “Turizm işi” ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2025-ci ildə Auditorlar Palatasının işə qəbul müsabiqəsindən uğurla keçmiş və həmin ildən etibarən aparıcı mütəxəssis, baş mütəxəssis və şöbə müdiri vəzifələrində çalışmışdır.
Hal-hazırda Auditorlar Palatasının Haqsız rəqabətə qarşı mübarizə və beynəlxalq əlaqələr idarəsinin Peşə etikasının tətbiqi şöbəsinin müdiri vəzifəsində çalışır.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Yasamal Bələdiyyəsinin üzvüdür.
Ailəlidir.